Dünya (17-03-2020, 09:28)
PUTİN-SALMAN QARŞIDURMASI – Şəudiyyə şahzadəsinin qisas planı baş tutacaqmı?
2020-ci il başayan kimi dünya sanki hava burulğanına girib. Planeti koronavirus infeksiyası bürüyüb və o öz gücünü getdikcə artırır. Demək olar ki, bütün ölkələr özünü izolyasiyaya salaraq, bu pandemiyadan daha az ziyanla çıxmağa çalışır.Hazırda koronavirus enerji daşıyıcılarının qiymətinə çox ciddi təsir göstərir. Amma maraqlısı odur ki, iri neft ölkələri yaranmış fürsətdən sui-istifadə edərək, bir-birlərini oyundankənar vəziyyətə salmaq istəyirlər. Bəllidir ki, dünyada ən böyük neft hasilatçıları ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyadır. ABŞ müəyyən qədər fərqli durumdadır. Çünki Amerikanın hasilatı artırmasının başlıca səbəbi şist neft yataqlarının istismarı ilə bağlıdır. İş ondadır ki, şist neftinin hasilatına çəkilən xərc, digər neft markalarına sərf olunan xərcdən xeyli çoxdur. Yəni, maya dəyəri bahadır və haradasa 55-60 dollar arasındadır. Ona görə də, ekspertlər bunun nəylə nəticələnəcəyini diqqətlə izləyirlər. Rusiya istəyir ki, ucuz neftlə Amerikanın şist sənayesini dağıtsın. Bunu yaxşı anlayan Amerikanın yaxın müttəfiqi Səudiyyə Ərəbistanı Rusiyaya qarşı əks həmləyə keçərək, qiymətin daha da ucuzlaşmasına təkan verə biləcək addımlar atır. Səudiyyə həm öz neftini 25 dollardan təklif edir və həm də gündəlik hasilatı 2 milyon barrel artırıb. Rusiya isə öz növbəsində deyir ki, biz buna dözəcəyik.
Göründüyü kimi, maraqlı və gərgin vəziyyət yaranıb. Dünyanın aparıcı mətbuat orqanları tüğyan edən koronavirusla yanaşı, Səudiyyə Ərəbistanı və Rusiya arasındakı neft müharibəsinə xüsusi önəm verirlər.
Hazırda məsələ ilə əlaqdar beynəlxalq mətbuatda müxtəlif fikirlər dolaşır. ABŞ-ın tanınmış “Bloomberg.com” portalında “Putin, nümayiş etdirdiyi kimi, neft qiymətlərinin çoküşünə qarşı dayanıqlı deyil” başlıqlı məqaləsində qeyd edir: “Dünya bazarlarını çalxalayan neft müharibəsinin səbəbkarlarından biri olan Rusiya bir həftə öncə qürrələnərək deyirdi ki, neftin qiyməti 25 dollara düşsə də onların iqtisadiyyatı bu çətinliyin öhdəsindən gələ bilər. Ancaq iqtisadçılar buna əmin deyillər. Son beş il ərzində Rusiya büdcənin həcmini azaldaraq, 570 milyard dollardan artıq ehtiyat toplayıb. Elə bunun sayəsində Rusiyanın mövqeyi bazardakı rəqibi Səudiyyə Ərəbistanına nisbətən daha güclü görünür. Lakin əgər neft qiymətləri uğrunda müharibə bir ildən artıq müddətə sürərsə, Kreml real olaraq ağrını hiss etməyə başlayacaq. Təhlükə altına düşən tərəf isə dövlət xərcləri olacaq. Bildiyimiz kimi prezident Vladimir Putin rusiyalılara həyat standartının yüksələcəyi sözünü verib. Məsələ ilə bağlı Moskvadakı “Alfa-Bank”-ın iqtisadçısı Natalya Orlova deyib: “Əgər onlar bir ildən sonra görsələr ki, neft 30 dollar səviyyəsində sabitləşib, onda ya xərcləri kəsəcəklər, ya da vergiləri artıracaqlar. Çünki başqa çıxış yolu yoxdur”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
























