Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (12-02-2020, 22:33)
Kremldən Ərdoğanın ittihamlarına cavab: “Bu yolverilməzdir”

 Ankara Suriyanın İdlib bölgəsində terrorçuların zərərsizləşdirilməsini təmin edəcəyini vəd etsə də, quldurlar Suriya qoşunlarına və Rusiya hərbi obyektlərinə hücumlarını davam etdirirlər. Bu yolverilməzdir.
Mediatv.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov İdlibdəki vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, Moskva hələ də tərəflərin, yəni Rusiya və Türkiyənin “müəyyən öhdəliklər” götürdüyü Soçi razılaşmasına sadiqdir. Beləliklə, Peskov Rusiyanı İdlibdəki hücumlarda iştirak etməkdə ittiham edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın açıqlamaları ilə bağlı suala cavab verib.
Peskov xatırladıb ki, Soçi razılaşmalarına görə, Türkiyə İdlib de-eskalasiya zonasında terrorçuların “zərərsizləşdirilməsini” təmin etməyi öz öhdəsinə götürüb. Lakin “İdlibdən olan bu qruplar hələ də Suriya qoşunlarına qarşı zərbələr endirir, Rusiya hərbi qurğularına hücum etməyə çalışırlar. Biz buna görə təəssüf edirik”.
Xatırladaq ki, bu gün Rusiya və Türkiyə prezidentləri telefonla İdlibdəki vəziyyəti müzakirə edib. Ərdoğan son günlər Türkiyə hərbçiləri ilə Suriya ordusu arasında toqquşmaların yaşandığı İdlibdə vəziyyəti gərginləşdirməkdə Moskva və Şamı günahlandırıb.
шаблоны для dle 11.2

Xəbər lenti
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025