Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (26-12-2019, 09:00)
20 il sonra: Ermənistan parlamentindəki terror aktına dair yeni istintaq başlandı

Ermənistan Baş Prokurorluğu 1999-cu ildə parlamentdə baş vermiş terror aktı ilə bağlı cinayət işinin istintaqını bərpa etməyə qərar verib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Prokurorluğun sözçüsü Arevik Xaçatryan deyib.
Onun sözlərinə görə, parlamentə hücumda öldürülən spiker müavini Yuri Baxşyanın arvadı Anait və onun nümayəndəsi terror aktı barədə ədalətli qərar qəbul edilməməsi barədə şikayət edib.

“Şikayət Baş Prokuror tərəfindən təmin edilib və iş yenidən baxılması üçün istintaq orqanına göndərilib”, - deyə prokurorluq rəsmisi bildirib.
Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Unanyanın rəhbərlik etdiyi bir qrup şəxs Ermənistan parlamentinə daxil olaraq iclas zalını odlu silahlardan atəşə tutub. Nəticədə baş nazir Vazgen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçyan və onun iki müavini də daxil olmaqla səkkiz nəfər öldürülüb.
Terror aktı üzrə məhkəmə 2001-2003-cü illərdə keçirilib. Hücumda iştirak edənlərdən altısı ömürlük, bir nəfər isə 14 il azadlıqdan məhrum edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025