Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Karusel (10-08-2014, 21:39)
“Qarabağda döyüşməyə hazıram”- Qazaxıstanlı jurnalist

 

Bizim Qazax rayonu ilə qazax xalqının nə əlaqəsi var? 

 

Azərbaycan ən çətin zamanlarında qonşu türk xalqlarının dəstəyini görüb. Son iki həftədəir, ön cəbhədə baş verənlərlə əlaqədar türk xalqları da narahatlıq keçirirlər. Qazaxıstanlı jurnalist Daniyar Kasımov öz xalqının adından azərbaycanlı qardaşlarının dərdinə şərik olduğunu ifadə edir. Bununla bağlı yazılı şəkildə çıxışları var. Qardaş xalqın təmçilçisi ilə “Qafqazinfo” üçün maraqlı söhbət aparmışam. Bu müsahibəni sizlərə təqdim edirəm.

Qeyd edim ki, 37 yaşlı həmkarım Şimali Qazaxıstanın Rusiya ilə həmsərhəd olan Sergeyevka adlı ərazisində dünyaya gəlib. İxtisasca tarixçi olsa da, illərdir jurnalist kimi fəaliyyət göstərir. 11 ildir Astanada yaşayır, bir oğlu var. Hazırda “Kontinent-A” informasiya portalında, eləcə də “Manqi el” (“Əbədi xalq”) tarixi jurnalında işləyir. Türk xalqları tarixinı və musiqisini sevir və araşdırır.

“Qarabağa getməyi çox istəyirəm”

“Cəbhə bölgənizdə atəşkəs pozulan gündən bir türk kimi mən də narahatam. Bizdə ruslar, xristian dinindən olanlar çoxdur və onlar bütün hallarda Ermənistanı müdafiə edirlər. Bu yerdə bizim Azərbaycana dəstək verməyimiz gərəkdir. Bu təkcə haqlı tərəfi müdafiə etmək yox, həm də türk kimi borcumuzdur. Təkcə Qarabağ münaqişəsi deyil, hazırda Ukraynadakı vəziyyət də ürəkaçan deyil. Mən Azərbaycanı müdafiə etdiyim qədər, Ukraynanı da dəstəkləyirəm. Məni çoxu bu məsələdə sorğu-suala tutur. Bir daha demək istəyirəm ki, Qarabağ Azərbaycanın ayrılmaz və tarixi torpaqlarıdı, Ermənistan sakitcə bu əraziləri qaytarmalıdı. İndi bu məsələ daha da ciddiləşib. Fikrimcə, münaqişənin tam həlli yaxınlaşır. Çox istəyərdim, Qarabağa gedim. Sonuncu dəfə işlə əlaqədar 2009-cu ildə Azərbaycana gəlmişəm. Bakı, Naxçıvanda olmuşam. Nədənsə, həmişə ürəyimin bir hissəsi Xəzər tərəfdə qalıb. İnşallah, yaxın vaxtlarda Qarabağ torbağına da baş çəkmək imkanım olar.”

“Lazım olsa, Qarabağa, döyüşə də gedərəm”

Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir. Həmkarımın da bununla bağlı öz fikirləri var. “ Hər kəs münaqişənin sülh yolu ilə həllini arzulayır. İllərdir, bunun üçün cəhd edilir. Amma ortada fəal addımlar yoxdur. Yenə də, danışıqlar yoluna ümid var. Yox əgər, bu yol Ermənistanı yolundan döndərməzsə, Azərbaycan hərb yolu ilə torpaqlarını geri almaq iqtidarındadır. Bunu artıq dünya bilir. Hazırda hər şey rəsmi Bakının xeyirinə işləyir.

Yox, əgər bir gün münaqişə ocağı alovlanarsa, döyüş başlarsa mən də cəbhəyə getməyə hazıram. Bunu söz üçün demirəm. Bir neçə gün əvvəl Azərbaycanın Qazaxıstandakı səfirliyinə getdim və ön cəbhəyə getmək istədiyimi bildirdim. Bu addımımı alqışladılar, dəstəyim üçün təşəkkür etdilər. Dedilər ki, bunun üçün hələlik öz gücümüz yetər. Doğrudur, bu hərəkətimi ətrafımda qınayanlar, tənqid edənlər də oldu. Qoy etsinlər, əsas mənim istəklərimdi. Məni bu fikrimdən heç kəs döndərə bilməz.”

“Qarabağ probleminə qədər Qazax rayonundan xəbərimiz yox idi”

Yəqin ki, çoxumuzu maraqlandıran bir məsələ var. Bizim Qazax rayonu ilə Qazaxıstanın hər hansı əlaqəsi ola bilərmi? Təkcə coğrafi ad oxşarlığımı var? Fikir vermisinizsə, Qazax, Tovuz rayonlarında yaşayanlar görünüşcə qazax xalqından olanlara oxşayırlar. Sözsüz, hamımız türkük. Amma məsələnin tarixi məqamları da var. Buna görə də, həmkarımın ixtisasca tarixçi olduğunu nəzərə alaraq ona bu sualla müraciət etdim. Daniyar bəyin sözlərinə görə, bizim müşahidələrimizin əsası var. “ Qıbçaqlar- qədim, döyüşkən türk tayfaları olub. Qazax xalqının yaranmasında əsas bu tayfa rol oynayıb. Ortaəsr qıpçaqları bir çox ərazilərdə- Suriya, İraq, Misir, Rusiya, Ukrayna, Polşa, Litva, Macarıstan, ispaniya və. s yerlərdə öz izlərini qoyublar. Bu arada qeyd edim ki, bu günlərdə Macarıstanda qıpçaqlara dair beynəlxalq konfrans keçiriləcək. Sözsüz, qıpçaqların Qafqazda da olması danılmazdır. Rəsmi tarixi qaynaqlara görə, Qafqazda başçılardan biri qıpçaq hökmdarının qızı ilə evlənib. Və onun hərbi yardıma ehtiyacı olub. Bu səbəbdən onun arvadı tərəfdən kömək göstərilib. 10 minlik əsgər ordusu gəlib. Həmin əsgərlərdən Azərbaycan ərazisində də qalanlar olub. Bu gün də sizin Qazax rayonu ərazisində yaşayanların əcdadları onlardır. “Qazax”-sözünün mənası “azad əsgər” deməkdir. Bu mənim xalqımın adıdır. Azərbaycanda da Qazax rayonu vaxtiylə yaranıb. Beş il əvvəl bu tarixlə bağlı Qazaxıstan telekanallarının biri üçün video material hazırlamışdım. Doğrudu, Qazax rayonuna gedə bilmədim. Amma materialların əldə olunmasında azərbaycanlı həmkarım Aida Eyvazova mənə yardım etmişdi. Məsələ ondadır ki, Qazax rayonu haqqında Qarabağ münaqişəsi başlayana qədər məlumatımız yoxdu. O vaxtlar vəziyyət gərginləşəndə SSSR-nin Mərkəzi telekanalı vasitəsilə xəbər tutmuşduq. Hətta bizim qocalar deyirdi: “Ay Allah, onlara kömək et. Orada əziyyət çəkən bizim qardaşlarımızdı”. Sonralar başa düşdük ki, bu həqiqət imiş. İndi bizim tarixçilərin əlində tutarlı faktlar yoxdu. Amma bütün hallarda əcdadlarımızın qardaş ölkə torpaqlarında yaşadığını bilirik.”

Allah bütün türk xalqlarının həmrəyliyini gücləndirsin! Indiki halda bizə bu mənəvi dəstək daha çox gərəkdir. Yalnız bu halda başımız yerə dəyməz!

Raminə Eyvazqızı

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024