Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Karusel (26-07-2014, 22:10)
Diaspora erməniləri inqilaba çağırdı

Serj Sarkisyan rejimi, hazırkı Ermənistan dövlətçiliyi ilə mübarizəni ali məqsəd elan edən erməni diasporası dayanmaq niyyətində deyil.


Ermənistanın gerçək və yalanlarını bütün dünyaya car çəkən diaspora qurumları mütəmadi olaraq Sarkisyanı istefaya səsləyir. Lakin ölkə prezidenti bütün çağırışları qulaqardına vuraraq kreslosundan bərk-bərk yapışmağa davam edir. 

Hafta.az  bildirir ki, bu yaxınlarda Amerikadakı ermənilər yerli və dünya ermənilərinə yeni bir çağırış ünvanladılar. Diasporaçılar erməniləri hakimiyyətə nifrət etməyə, onlarla mübarizə aparmağa çağırır. Los-Ancelesdə yaşayan erməniləri bir araya toplayan qurum Ermənistanın xəritəsini paylaşaraq üzərinə "Hökumətinizi sevməyin!" yazısını əlavə edib. 

Bundan belə aydın olur ki, diaspora Ermənistanda inqilab havası yaratmağa başlayır. İnsanları Sarkisyan zülmünə qarşı birliyə dəvət edir. Onların əvvəlki çağırışları ilə sözügedən çağırışı bir araya gətirsək, o zaman diasporanın erməniləri inqilaba ruhlandırdığını çəkinmədən söyləyə bilərik. Qeyd edək ki, az əvvəl diaspora ölkədəki rejimi yeni idarəçilik sistemi - yeni parlamentlə əvəzləmək üçün hərəkətə keçmişdi. Bu çağırış isə onun davamı ola bilər. Diasporaçılar anti-Sarkisyan mübarizəsində hər bir erməniyə dəstək vəd etməyə davam edirlər. 

Serj Sarkisyana qarşı artan hücumlar Ermənistanda inqilabın ilkin qoxusunu verir. Sarkisyan kimi bir çox tiranlar inqilabla devrilərək  tarixin tozlu səhifələrinə köçürülüblər. Və həmin şəxslər istər şəxsi keyfiyyət, istərsə də siyasi səriştə baxımından Serj Azatoviçdən qat-qat üstün olublar. Demək ki, inqilabın başlayacağı təqdirdə Sarkisyanı elə ilk raundlarda nokaut gözləyir.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024