Dünya (13-03-2014, 21:02)
Sarkisyanın arvadının adı pul qalmaqalında...
Ermənistanda prezident Serj Sarkisyanın arvadı Rita Sarkisyanın dövlət vəsaitini sağa-sola səpməsi məsələsi ətrafında qalmaqal yaranıb.
Virtualaz.org epress.am portalına istinadən xəbər verir ki, bu barədə yerli “Aykakan jamanak” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Rita Sarkisyan martın 8-də İrəvan Dövlət Opera və Balet Teatrında təxminən 1000 qadın üçün konsert təşkil edərək onlara hədiyyələr bağışlayıb. Bu konsertin ən əlamətdar cəhəti o olub ki, tədbirin aparıcısı olan aktyor Qrant Toxatyan birbaşa səhnədən Serj Sarkisyana zəng vuraraq prezidentdən qadınları təbrik etməyini xahiş edib. Aktyor prezidentin nömrəsini isə zalda əyləşən Rita Sarkisyandan alıb.
Erməni qəzeti yazır ki, bu konsert Serj və Rita Sarkisyanların yox, Ermənistanın dövlət büdcəsinin vəsaiti hesabına təşkil olunubmuş. Ən pisi də odur ki, Rita Sarkisyan bu konserti özbaşına, hökuməti və digər müvafiq qurumları bu barədə öncədən xəbərdar etmədən, tədbiri plana və qrafikə salmadan keçirib. Yəni orada xərclənən vəsaiti ödəmək hökumət üçün gözlənilməz olub.
Ermənistan hökumətinin martın 13-nə təyin olunan iclasının gündəliyinə bu konsertə çəkilən 22,4 milyon dram məbləğində xərcə görə təşkilatçılara pul ödənməsi məsələsi də daxil edilib.
Məsələ mədəniyyət naziri Asmik Poqosyan tərəfindən qaldırılacaq, həmin məbləğ isə konsertin təşkilatçısı olan “Erməni cazının 70 yaşı” adlı ictimai təşkilatın hesabına köçürüləcək. Bu qəfil xərc Sarkisyanların ünvanına əlavə ittihamlar yağdırıb, Rita Sarkisyanı isə Ermənistanda yeni qalmaqalın “qəhrəmanı”na çevirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024