Dünya (26-02-2014, 17:45)
Rusiyalı hüquq müdafiəçisi Namiq Abbasovdan nə xahiş etmişdi...
“Kommersant” qəzeti Svetlana Qannuşkinanın Ermənistan-Azərbaycan münaqişəsinə dair xatirələrini dərc edir
Rusiyanın “Kommersant” qəzeti “Özəl yaddaş” layihəsi çərçivəsində “Vətəndaş həmrəyliyi” komitəsinin sədri, Qarabağ münaqişəsi zonasında əsir və itkin düşmüş şəxslərin məsələsi üzrə Beynəlxalq İşçi Qrupunun həmsədri, insan haqları müdafiəçisi Svetlana Qannuşkinanın xatirələrini dərc edir.
Virtualaz.org saytı xəbər verir ki, S.Qannuşkina xatirələrində Qarabağ münaqişəsinin başlamasından və atəşkəsdən sonra əsirlərin azad edilməsi üçün göstərdikləri fəaliyyətdən bəhs edib, maraqlı epizodlar açıqlayıb.
Svetlana Qannuşkina yazır: “90-cı illərin ortalarında Feliks Tamoyanla bağlı əhvalat olmuşdu. O, axmaqlığı üzündən Azərbaycana görüşə gedən moskvalı erməni idi. Evli adam Moskvada azərbaycanlıya vurulmuşdu və onu o qədər bezdirmişdi ki, qız Rusiyadan Bakıya köçməli olmuşdu. Tamoyan qızdan əl çəkməyib onunla görüşmək üçün Bakıya getmişdi. Hesab etmişdi ki, Qarabağ münaqişəsi çoxdan qurtarıb və ona toxunmazlar.
Əlbəttə, aeroportda onu dərhal görmüşdülər və Tamoyan çox keçmədən özünü Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zirzəmisində görməli olmuşdu. Onun atıb getdiyi arvadı gəlib bizdən kömək istədi. Qarabağ münaqişəsi zonasında işləyən alman ekoloqu Bernhard Klazenlə birlikdə Bakıya getdik. Bizi milli təhlükəsizlik naziri Namiq Abbasov qəbul etdi. İzah etdik ki, Tamoyan təsadüfən Azərbaycana gəlib. Nazirdən onu buraxmağı xahiş etdik. Abbasov dedi: “Buraxmıram”.
Onda mən dedim: “Bu necə olur? Ermənilər bu günlərdə iki azərbaycanlını buraxıblar və onu İngiltərədən olan hansısa hüquq müdafiəçisinə təhvil veriblər. Mən isə həmişə sizin tərəfinizdən çıxış edirəm, məni söyürlər ki, azərbaycanlıların tərəfini saxlayıram. Siz mənə bir adamı vermək istəmirsiniz?”
Abbasov yumşaldı və onlar Tamoyanı bizə “hədiyyə” etdilər. Əvəzində biz vəd etdik ki, Ermənistanda saxlanılan azərbaycanlı əsirlərə baş çəkəcəyik. Bununla da əsirlərin azad edilməsi üçün Beynəlxalq İşçi Qrupunun fəaliyyəti başladı”.
S.Qannuşkina yazır ki, Qarabağ müharibəsində əsir düşmüş şəxslərin azad edilməsi və itkinlərin axtarışı üçün onlar hər iki ölkənin xüsusi xidmət orqanları ilə işləməyə başlamışdılar. Çünki hər iki tərəf öz adamlarının yerini öyrənmək və onları geri qaytarmaq istəyirdi.
“Bu zaman işimizin normal getməsi üçün lazım idi ki, həm ermənilər, həm də azərbaycanlılar həmişə bizi bir balaca söysünlər. Əks halda tərəflərdən biri qərara gələrdi ki, biz qarşı tərəfə işləyirik. Ən mühüm məqam o idi ki, biz “mübadilə” yox, “azadolunma” terminindən istifadə edirdik. Çünki insanları mübadilə etmək olmazdı. Bir tərəfdə ermənilərin əllərində 14 azərbaycanlı əsir saxladığı, azərbaycanlıların isə cəmi 2 erməni əsirə malik olduğu bir vaxtda biz həmin iki erməninin heç bir şərt irəli sürülmədən azad olunmasına nail olduq. Və ermənilər dərhal buna paxıllıq elədilər, axı onların “ən böyük humanist xalq” obrazına kölgə düşə bilərdi. Nəticədə onlar bütün azərbaycanlı əsirləri buraxdılar” - deyə tanınmış rusiyalı insan haqları müdafiəçisi yazır.
S.Qannuşkina 2000-ci illərin əvvəllərində əsirlərin və itkin düşənlərin işi üzrə işçi qrupunun əhəmiyyətini itirdiyini yazır.
“Ona görə yox ki, artıq əsirlər və girovlar yox idi. Ona görə ki, hər iki tərəfdən əsirlər və girovlar “dedovşina”dan qaçıb düşmənin nəzarətindəki əraziyə keçən fərarilər idi. Azərbaycanda belələrini əsirlikdən azad olunandan sonra vətən xaini kimi həbs etməyə başladılar.Mən bu “xainlərdən” birinə - orduda hər gün döyülən və zorlanan gəncə həbsxanada baş çəkmişdim.
“Sən Ermənistana ona görə qaçmışdın ki, düşmənin tərəfinə keçəsən?” - deyə mən ondan soruşdum.
“Nə danışırsınız? Ölmək istəyridim, ona görə...” - deyə o, cavab verdi. Hətta onun həbsxanasının rəisi də həmin gənclə və onunla birlikdə “Şuşanı ermənilərə satdığı” üçün həbs cəzası alan məhbuslara görə xahiş edirdi.
Ermənistandan əsirlikdən azad olunan keçmiş hərbçilərin təqib olunmasının dayandırılması xahişi ilə prezident İlham Əliyevə məktublar yazsaq da cavab ala bilmədik” - deyə Qannuşkina yazır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024