Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Bu gün, 18:11)
Putinin bu gün işdən çıxardığı nazir - İntihar etdi

putinin-bu-gun-isden-cixardigi-nazir


Mediatv.az  xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

“Roman Starovoytun cəsədi Odintsovo şəhərindəki evində tapılıb”, - məlumatda deyilir.

İlkin məlumata görə, 53 yaşlı Starovoyt intihar edib.

***

Rusiya İstintaq Komitəsi Roman Starovoytun güllə yarası ilə meyitinin tapıldığını təsdiqləyib. Bildirilib ki, keçmiş nazirin ölümünün əsas versiyası intihardır.

Həmçinin qeyd edilib ki, Starovoytun meyiti Odintsovo şəhər rayonunda şəxsi avtomobilində aşkar edilib.

“Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları hadisə yerində işləyir, hadisənin baş vermə şəraitini müəyyənləşdirir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, R. Starovoyt bu gün Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Nəqliyyat Nazirliyinin rəhbəri vəzifəsindən azad edilib. Rusiya KİV-nin məlumatına görə, bu, bir müddət öncə yüzlərlə uçuşu dayandıran və sərnişinləri hava limanlarında gecələməyə məcbur edən Rusiya hava limanlarındakı xaosdan dərhal sonra baş verib. Nazirin işdən çıxarılması qərarının hadisə ilə bağlı olub-olmadığı məlum deyil.

Roman Starovoyt 2024-cü ilin mayından nazir vəzifəsini icra edirdi. Bundan əvvəl o, Kursk vilayətinin qubernatoru olub.

шаблоны для dle 11.2

Xəbər lenti
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
6 07 2025
6 07 2025
6 07 2025
6 07 2025