Dünya (Bu gün, 09:41)
Almaniyanın 29 milyardlıq planı: minlərlə tank...

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, müttəfiqlər Almaniyadan qarşıdakı 10 il ərzində NATO-ya yeddi döyüş briqadası təqdim etməyi xahiş ediblər. Əgər bu sifariş təsdiqlənsə, döyüş maşınları və tanklar həmin qüvvələrin təchizatı üçün istifadə olunacaq.
Mənbələrin jurnalistlərə bildirdiyinə görə, sifariş çərçivəsində 1000-ə qədər “Leopard 2” tankı və 2500-ə qədər “GTK Boxer” döyüş maşını nəzərdə tutulur. Tanklar KDNS və “Rheinmetall” şirkətləri, döyüş maşınları isə ARTEC tərəfindən istehsal ediləcək.
Agentliyin məlumatına görə, bu sifarişlə bağlı söz-söhbətlər yayıldıqdan sonra “Rheinmetall” şirkətinin səhmləri 3,7% bahalaşıb. Bu isə analitikləri hədəf qiymətləri artırmağa sövq edib.
Mənbələrin qeyd etdiyinə görə, ümumi sifarişin dəyəri 25 milyard avroya (təxminən 29,4 milyard ABŞ dolları) çata bilər. Bununla belə, alışla bağlı danışıqlar hələ də davam edir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025