Dünya (Dünən, 17:37)
Türkiyə Ukraynaya ordu göndərə bilər: bir şərtlə

Bu sözləri Axar.az-a türkiyəli ekspert Engin Özər Rusiya-Ukrayna münaqişəsində Ankaranın vasitəçilik rolu ilə bağlı danışarkən deyib.
Ekspertin sözlərinə görə, görüşlərin Türkiyədə baş tutacağını demək çətindir:
“Birincisi, İstanbul görüşlərində razılaşma mətni hazırlanmışdı, lakin Ukrayna tərəfi birtərəfli qaydada həmin sazişi imzalamaqdan imtina etmişdi. Nəticədə Türkiyənin o zamankı səyləri boşa çıxmışdı. Bu səbəbdən hazırkı şəraitdə bu görüşlərin Türkiyədə keçirilməsi real görünmür. Böyük ehtimalla görüşlər Səudiyyə Ərəbistanında davam edəcək”.
Engin Özər qeyd edib ki, Türkiyə münaqişə başa çatdıqdan sonra da proseslərə fəal qoşulmaq niyyətindədir:
“Bundan əlavə, Türkiyənin sülhməramlı qüvvə olaraq müharibədən sonra mövcud sərhədi qorumaq üçün əraziyə hərbi qüvvə göndərməsi gündəmdədir. Lakin Türkiyə təkbaşına ordu göndərməz. Yalnız Avropa Birliyi orduları ilə birlikdə və ya BMT-nin nəzarəti altında bu prosesdə iştirak edə bilər. Türkiyənin təkbaşına ora daxil olması mümkün deyil. Bu qədər böyük sayda əsgərin göndərilməsi texniki baxımdan qeyri-mümkündür və Türkiyə belə bir riski üzərinə götürməz”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025