Dünya (29-11-2024, 18:51)
Gürcüstanda hərbçilər də hökumətə qarşı bəyanat verdilər
Gürcüstanda vəziyyət gərginləşməkdə davam edir.
Mediatv.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları ilə yanaşı, Müdafiə Nazirliyində (MN) də hökumətin avrointeqrasiyadan imtina qərarına qarşı etirazlar başlayıb.
Artıq Müdafiə Nazirliyində 50-yə yaxın əməkdaşı bu gün bəyanat imzalayaraq, ölkənin Avropa kursuna sadiqliklərini bildiriblər.
Bəyanatda bildirilir ki, Avropa və avroatlantik strukturlara inteqrasiya Gürcüstanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinin yeganə yoludur. MN əməkdaşları bəyan ediblər ki, Konstitusiyanın 78-ci maddəsində təsbit olunmuş vəzifələri (avroatlantik inteqrasiya) yerinə yetirməyi borc sayırlar və ölkənin Avropa gələcəyi naminə xidmətə davam edəcəklər.
Xatıradaq ki, Gürcüstan XİN-in 100-ə yaxın diplomatı hökumətin məlum qərarına etiraz edərək, birgə bəyanat yayıb.