Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (16-08-2023, 08:14)
Kremlin yeganə vasitəsi "nüvə"dir: - Qlobal müharibənin astanasında

Kremlin yeganə vasitəsi "nüvə"dir:
"Rusiya Ukraynada Qərb və Amerika ilə üz-üzə gəlib. Bunların da başlıca hərbi gücü NATO-dur. Ukraynadakı uğursuz fəaliyyəti digər ölkələrə hücum etməklə. cəbhəni genişləndirməklə kompensasiya etməyə çalışırlar".

Mediatv.az  bildirir ki, bunu "Sherg.az"a açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov deyib. O bildirib ki, Rusiya ənənəvi hərbi güclə Ukraynada kollektiv müqavimət göstərə bilmədi:

" Rusiyanın ən uğurlu vasitəsi olan nüvə silahıdır. İstər Prezident Vladimir Putin, istərsə də Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bunu dilə gətiriblər. Rusiyaya müdaxilə olacağı təqdirdə həyata keçirəcəklərini bildiriblər. Son zamanlar "Vaqner" qrupunun Polşaya, Litva, Latviya, Estoniya kimi ölkələrə təhdidi gündəmdədir. Həmçinin Rusiya Azərbaycan-Ermənistan münasibətlərində də erməni tərəfinin hərbi potensialını gücləndirməklə münaqişədə iştirak etmək cəhdləri göstərir.
Qarşıdurmanın güclənmə ehtimalı var. Əgər Rusiya faktiki nüvə silahını işə salsa, münaqişə güclənəcək. Qarşılığında təkcə nüvə silahı cavab verə bilər. Bu da qlobal müharibə ilə nəticələnə bilər".

Qeyd edək ki, Ukrayna Ombudsmanı Dmitri Lubinets açıqlamasında bildirib ki, Rusiya prezidenti Ukraynada müharibədən çıxış yolu axtarmır, NATO ölkələri ilə daha böyük bir münaqişəyə hazırlaşır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024