Dünya (26-05-2023, 14:25)
Medvedev: Qərb qabaqlayıcı nüvə zərbəsinin reallığından xəbərsizdir
Qərb başa düşmür ki, Ukraynaya nüvə silahı verilərsə, qabaqlayıcı zərbə endirmək lazım gələcək. Mediatv.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Vyetnama səfəri zamanı jurnalistlərə müsahibəsində deyib.
“Müharibənin dönməz qanunları var. Söhbət nüvə silahından gedirsə, qabaqlayıcı zərbə endirmək lazım gələcək”, - deyə, siyasətçi fikrini yekunlaşdırıb.
Medvedev NATO ölkələrinin belə bir nəticənin olma ehtimalını tam dərk etmədiyini bildirib və bunun müəyyən şərtlər daxilində mümkün olduğunu vurğulayıb.
Bundan əvvəl Təhlükəsizlik Şurasının sədr müavini Ukraynada münaqişənin yeni dünya müharibəsinə çevrilməsi təhlükəsi barədə xəbərdarlıq edib. Medvedev təklif edib ki, Ukraynanın qərb bölgələri Aİ ölkələrinin, şərqi isə Rusiyanın nəzarətinə keçərsə, o zaman dövlətin qalan hissəsi Aİ və NATO-ya üzv olmaq arzusunu ifadə edəcək. Siyasətçinin fikrincə, belə bir şəraitdə üçüncü dünya müharibəsi riski xeyli artacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024