Rusiya Federasiyasının qoşunları Ukraynada 455 uşağı öldürüb, daha 897 uşağı yaralayıb.

Mediatv.az  xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

"2023-cü il yanvarın 16-da səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1352-dən çox uşaq xəsarət alıb. 455 uşaq ölüb, 897-dən çox uşaq isə xəsarət alıb", -  məlumatda qeyd edilib.