Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Mediatv.az" İran KİV-lərinə istinadən xəbər verir ki, ona Britaniyanın qeyri-ənənəvi, həmçinin İranın milli təhlükəsizliyinə müdaxilələri ilə bağlı nota təqdim olunub.
Böyük Britaniya da bu gün İrana sanksiya tətbiq edib.
Bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.
O bildirib ki, bu, İran müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edamı ilə bağlıdır: “Biz rejimin bu əməllərinə, o cümlədən insan haqlarını dəhşətli formada pozduğuna görə cavab verməsini tələb edirik”.
Qeyd edək ki, Əlirza Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib.