Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-01-2023, 21:16)
"İsveçin Ərdoğanın obrazı ilə baş verən hadisəni pisləməsi kifayət deyil" - Çavuşoğlu

 "İsveçin Stokholmda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan obrazı ilə baş verən hadisəni pisləməsi kifayət deyil".
"Mediatv.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib və əlavə edib ki, ölkə NATO-ya üzv olmaq cəhdinin bir hissəsi kimi saziş çərçivəsində verdiyi vədlərə əməl etməlidir.
Onun sözlərinə görə, Ankara Stokholmun terrorla mübarizə əzmini görür, lakin təəssüflə bildirib ki, “terrorçular” Skandinaviya ölkəsində fəaliyyətlərini davam etdirirlər.
“İşə qəbulu davam edir, pul yığımı davam edir, təbliğat davam edir. İsveç onların qarşısını almağı öhdəsinə götürüb. O, bu öhdəliyi yerinə yetirməlidir” deyə Çavuşoğul, Ərdoğanın obrazı ilə baş verən hadisəni “irqçilik və nifrət cinayəti” adlandıraraq qeyd edib ki, İsveç belə hadisələrlə mübarizə aparmalıdır.
Daha əvvəl xəbər verildiyi kimi, Türkiyə prokurorları Stokholmda Ərdoğanın asılmış siması ilə baş verən “insident”lə bağlı araşdırmalara başlayıb.
İsveç Həmrəylik Komitəsinin ilk dəfə Rojavada paylaşdığı görüntülərdə Ərdoğanın siması Stokholm meriyasının qarşısında başıaşağı asılmış və yanında bir neçə nəfərin dayandığı görünür.шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024