İran bəzi Avropa ölkələrinin “müdaxiləçi bəyanatlarına” cavab olaraq, Avropa Şurasının müvəqqəti prezidenti olan İsveçin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

"Mediatv.az" xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsveçin Tehrandakı səfiri Mattias Lentzin nazirliyə çağırıldığı və bəzi qurumlar tərəfindən İranın daxili işlərinə müdaxiləni pislədiyi bildirilib. 

Açıqlamada nazirliyə çağırılan Lentzdən İranın etiraz notasını Avropa tərəflərinə çatdırması istənildiyi, İsveç səfirinin Tehranın etirazını Brüsselə əks etdirəcəyi barədə məlumat verdiyi bildirilib.