Dünya (12-01-2023, 12:10)
“Bu, sülh sazişinin müzakirə edilməsinə mane oldu” - Zaxarova

“Mediatv.az” “News.am” a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Xatırlatmaq istəyirəm ki, 2022-ci il dekabrın 23-ü Moskvada sülh sazişi ilə bağlı Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında görüş planlaşdırılırdı. İki ölkənin liderləri buna razılıq vermişdilər. Görüşün keçirilməsi üçün hər şey hazırlanmışdı. Lakin Ermənistan rəhbərliyi son anda ölkənin XİN rəhbəri Ararat Mirzoyanın səfərini təxirə saldı. Bu, nəinki sülh sazişi məsələsini, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dair digər məsələləri, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirə edilməsinə mane oldu”, - deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh sazişi barədə danışıqların keçirilməsi üçün platforma təqdim etmək barədə təklifi qüvvədə qalır.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-u keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan Azərbaycanla Rusiyanın təklifləri çərçivəsində sülh sazişi imzalamağa hazırdır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025