Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (11-01-2023, 13:20)
Cənubi Qafqaz DƏYİŞİR?: Rusiyasız Ermənistan?

 Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Türkiyə arasında sərhədlərin açılacağına ümid etdiyini deyib. Bildirib ki, Türkiyə lideri Ərdoğanla birbaşa danışıqların aparılması vacibdir: “Nəqliyyat əlaqələri nəzərindən regionun logistik əhəmiyyəti dəyişir, daha vacib rol oynayır. Ermənistanla Türkiyə arasında sərhədlərin, o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq. Həmçinin Azərbaycanla Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaq”.

Paşinyan vurğulayıb ki, Qarabağ məsələsinin nizamlanması ilə bağlı sənədi imzalamağa hazırdır: “Biz Rusiyanın təkliflərinə əsaslanan sənədi imzalamağa hazırıq və bu gün mən bunu bir daha təsdiq edirəm. Məsələni təxirə salmaqdansa, indi həll etmək vacibdir. Gecikmiş qərar qarşıdurmanın davam etməsi deməkdir”.

O, həmçinin bu il ölkəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmədiyini diqqətə çatdırıb: “Rusiya Müdafiə Nazirliyi KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” sülhməramlı təlimlərinin bu il Ermənistanda keçiriləcəyini bəyan etmişdi. Bu təlimlər baş tutmayacaq. Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki ölkəmizin təhlükəsizliyinə təminat verir, əksinə, Ermənistanın təhlükəsizliyinə real təhdidlər yaradır”.

Ermənistan Baş nazirinin açıqlamalarını AYNA-ya şərh edən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Paşinyanın Rusiyadan çox ciddi təzyiqlər gözlədiyini deyib: “Nikol Paşinyan ənənəvi ampluasındadır və beynəlxalq birliyi növbəti dəfə aldatmağa çalışır. Bir tərəfdən ABŞ və Qərbə yaxın olduğunu nümayiş etdirir, digər tərəfdən isə Rusiya ilə əməkdaşlığa meylli olduğunu bildirir. Onun sülh sazişini imzalamağa hazır olması ilə bağlı bəyanatı imitasiyadır. Əgər doğrudan da belədirsə, o zaman niyə bunu etmir?! Təbii ki, Paşinyan yalan danışır və əslində, söylədiyi kimi, sülh sazişi imzalamağa hazırlaşmır”.

“Ermənistanla Türkiyə arasında sərhədlərin açılması ilə bağlı bəyanatı da saxtadır. Dəfələrlə bunu elan etsələr də, real addımlar atmırlar. O ki qaldı onun Rusiya ilə bağlı söylədiklərinə, burada çox ciddi səbəblər var. Birinci səbəb odur ki, Paşinyan Qərbin dəstəyi ilə iqtidara yiyələnib. Onların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Rusiya ilə bağları qoparmağa çalışır, həm Moskvanı təhdid, həm də ittiham edir. Beynəlxalq birliyə göstərməyə çalışır ki, Ermənistanın Qərbə inteqrasiyasının qarşısını Rusiya alır”, - deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, Paşinyanın Qərbə yönəlik siyasət yürütməsi Rusiyanı qıcıqlandırır: “Məhz elə bu səbəbdən də Kreml Paşinyan iqtidarına təzyiqləri davam etdirir. Paşinyan bu təzyiqlərdən narahatdır və Rusiyanın təkliflərinə əsaslanan sənədi imzalamağa hazır olduğunu bəyan etməsi də bundan qaynaqlanır. Moskvanın qarşısında geri çəkilməyə və bu yolla öz hakimiyyətini qorumağa çalışır. Çünki bilir ki, Rusiyanın təzyiqləri davam edəcək. Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanı da ora elə-belə göndərməyiblər. Yəqin ki, Rusiya bu dəfə “Vardanyan kartı”ndan Paşinyana qarşı istifadə edəcək”.

“Yəni, Köçəryan-Sarkisyan cütlüyü işə yaramayandan sonra növbəti sima olaraq Rusiya Vardanyanı qabağa verir. Paşinyan bundan məlumatlıdır və beynəlxalaq birliyin diqqətini buna yönəltmək istəyir. Digər yandan Rusiyanın təklifləri ilə sülh sazişi imzalamağa hazır olduğunu söyləyir, Moskva ilə anlaşmağın mümkün olduğunu nümayiş etdirir. Ənənəvi erməni siyasətidir və bu dəfə də əsas məqsəd hamını aldatmaq, vaxt uzatmaq, özünü məsum göstərməkdir”, - deyə Mollazadə vurğulayıb.

Əlavə edib ki, Paşinyanın bəyanatından ciddi nəticələr gözləmir: “Biz ondan belə bəyanatlar çox eşitmişik. Ermənistanın hərbi-siyasi rəhbərliyi nəinki regiona barışın gəlməsini istəmir, əksinə, vəziyyətin gərginləşməsində maraqlıdır. Dəfələrlə təcrübədə bunu görmüşük. Onlar bir söz deyir, başqa addımlar atırlar”.
 "Mediatv.az"-ın məlumatına görə, təhlükəsizlik üzrə ekspert, hərbi-siyasi şərhçi İlham İsmayıl mövzuya dair AYNA-ya açıqlamasında söyləyib ki, Paşinyan Rusiyaya olan müasibətini növbəti dəfə ifadə edib: “Ermənistanın Baş naziri bəyan edir ki, ölkəsində KTMT təlimlərinin keçirilməsinə ehtiyac duymur, digər tərəfdən Rusiyanın Ermənistanın təhlükəsizliyinə təhdid yaratdığını elan edir. Rusiyanın Ukraynaya qarşı təcavüzünün davam etdiyi, ABŞ və Qərbin Rusiyaya qarşı çoxvektorlu embarqolar tətbiq etdiyi dövrdə onlardan dəstək qazanmağa çalışır”.

“Əslində, Paşinyan Rusiyanı ittiham etməklə yanaşı, Moskvanın BMT Təhlükəsizlik Şurasından beynəlxalq mandat almasına çalışır. Bu, kökündən yanlış yanaşmadır. Çünki bu ərazilər Azərbaycana məxsusdur. Ölkəmiz də sülhməramlıların mandatsız fəaliyyət göstərməsinə razılıq verib”, - deyə müsahibimiz qeyd edib.

İsmayıl hesab edir ki, Paşinyanın Laçın dəhlizi ilə bağlı söylədiyi fikirlər həqiqəti əks etdirir: “O bildirdi ki, Ermənistanın bununla bağlı öhdəliyi yoxdur. Tamamilə haqlıdır. Çünki 10 noyabr üçtərəfli bəyanatında bu məqam öz əksini tapıb. Paşinyan da buna istinad edir. Ermənistanın Baş naziri erməni ictimaiyyətinə növbəti dəfə mesaj verir ki, onun baş verənlərdə günahı yoxdur və məsuliyyəti Ermənistanın əvvəlki iqtidarının üzərinə yükləyir”.шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024