Ankarada Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli görüş keçiriləcək.

"Mediatv.az" xəbər verir ki, bu haqda İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf açıqlama verib.
Qalibaf bu gün Türkiyəyə səfər öncəsi müsahibəsində deyib:

"Mən Türkiyə Böyük Millət Məclisinin sədrinin dəvəti ilə bu ölkəyə səfər edirəm. Türkiyədə 44 üzvdən ibarət Asiya Parlamentləri Assambleyası yaradılacaq.
Bu səfər bütün Asiya ölkələri üçün yaxşı fürsətdir, xüsusilə də bu gün dünyanın həssas vəziyyətində. Çünki bu qitə son dərəcə həssasdır və dünyanın gələcəyində oynadığı rol önəmlidir. Bölgədəki şəraiti və sürətli prosesləri nəzərə alsaq, bu görüş üçtərəfli əməkdaşlıq üçün səmərəli ola bilər. İnanırıq ki, iqtisadi, siyasi, logistik və digər imkanlarla yanaşı, regionda mövcud olan inkişaf şərtlərinə uyğun olaraq bölgənin inkişafı, sülh və təhlükəsizliyinin şahidi ola bilərik".