Pakistanın hakimiyyət orqanları 520-dən çox Əfqanıstan vətəndaşını həbsxanalardan buraxıb.

"Mediatv.az" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Pakistandakı səfirliyi məlumat yayıb.

“Əfqanıstanın İslamabaddakı səfirliyinin və Kəraçidəki baş konsulluğunun səyləri nəticəsində şənbə günü 54-ü qadın və 97-si uşaq olmaqla, 524 əfqan həbsxanalardan azad edilib”, - səfirliyin bəyanatında qeyd olunub.

Məlumatda o da bildirilib ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir.