Tayvanın İqtisadiyyat Nazirliyi Ukraynaya genişmiqyaslı müdaxilədən sonra iki ölkənin yüksək texnologiyalı Tayvan məhsullarından hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq üçün Rusiya və Belarusa qarşı sanksiyaların genişləndirildiyini açıqlayıb.

"Mediatv.az" xəbər verir ki, bu barədə “Focus Taiwan” məlumat yayıb.

Bildirilir ki,  Rusiya Federasiyası və Belarusa ixracı qadağan edilən kimyəvi məhsullar arasında risin, konotoksin, botulinum toksini, azot triflorid, ammonium nitrat, tributilfosfat və nitrat turşusu var.

Genişləndirilmiş sanksiyalar maşınqayırma məhsullarına da şamil olunub.