Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin yeni təyin olunmuş səfiri İrit Lillianı qəbul edib.
"Mediatv.az" haberler.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunur ki, İsrail səfiri etimadnaməsini Prezident Ərdoğana təqdim edib.