Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-09-2022, 15:42)
"İsraillə Türkiyəni bir araya gətirməkdən qürur duyuram"

 “İsraillə Türkiyəni yenidən bir araya gətirməkdən qürur duyuram”.

Mediatv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Türkiyədəki yeni səfiri İrit Lilian deyib

“Bu işi davam etdirməkdən qürur duyuram. İsrailin Türkiyədəki səfiri təyin olunduqdan sonra arzuladığınız diləklər üçün təşəkkür edirəm”, - o bildirib.

Qeyd edək ki, İ.Lilian sentyabrın 19-da İsrailin Türkiyədəki səfiri təyin olunub. O, bu təyinatadək İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili işləyib.

Xatırladaq ki, Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən konfransda qoyulub. Belə ki, Türkiyənin o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin həmin dövrdəki Prezidenti Şimon Peres çıxış edərkən İsraili fələstinlilərə münasibətdə obyektiv və ədalətli davranmamaqda qınayaraq "one minute" ("bir dəqiqə") deyərək dövlət başçısının sözünü kəşmişdi. Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşanmışdı.

2010-cu il mayın 31-də isə Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.шаблоны для dle 11.2

Xəbər lenti
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024