Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (26-12-2022, 08:32)
Qərbin Ukrayna ilə bağlı qəti mövqeyi budur

 Qərbin qəti mövqeyi var ki, Ukraynada sülh ancaq bir yolla bərqərar ola bilər - Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən tamamilə çıxarılması.
Axar.az xəbər verir ki, bunu publisist və politoloq Andrey Piontkovski deyib.
"Böyük səkkizliyin rəsmi sənədləri var. Oktyabrın 14-də və dekabrın 12-də keçirilən görüşlər rus qoşunlarının bütün işğal olunmuş ərazilərdən tamamilə çıxarılması tələbi ilə bağlı bəyanatların qəbulu ilə yekunlaşıb. Makron və Baydenin çox nümayişkaranə mətbuat konfransı oldu, burada hər ikisi çox da həvəslə olmasa da, bu fikri təkrarlamağa məcbur oldular. Ukraynada sülh yalnız bir yolla - Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən tamamilə çıxarılması ilə bərqərar oluna bilər. Bu gün Putin buna hazır deyil, ona görə də danışıqlar üçün əsas yoxdur. Putin razılaşdıqda onunla danışıqlara girəcəklər. Bu, Qərbin qəti mövqeyidir”, - o bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ Konqresindəki son çıxışını şərh edən Piontkovski vurğulayıb ki, Ukrayna bu gün NATO-nun funksiyalarını yerinə yetirir və Qərb bunu başa düşür:
"Qərb dünyası nəhayət ki, nə baş verdiyini anladı. Hətta sərt bürokrat Stoltenberq Ukraynaya həddindən artıq maliyyə yardımı ilə bağlı ittihamlara belə cavab verib: "Biz pulla, ukraynalılar isə qanla ödəyir. Əgər uğursuzluğa düçar olsalar, o zaman biz bunu yüksək bədəllə ödəməli olacağıq: Nəhayət, Qərb bunu anladı və bu, Zelenskinin Konqresdəki görüşündə də öz əksini tapdı”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024