Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-12-2022, 17:02)
Dünyadakı pensiyalar: Azərbaycanla özünüz müqayisə edin - SİYAHI

 
2022-ci ildə Picodi.com analitikləri 44 ölkənin pensiya məbləğlərini müqayisə edib və bu pulun yaşamaq üçün minimal rahatlıq səviyyəsini müqayisə ediblər.
Müqayisədə əsas rəqəm pensiya yaşında olan insanlara dövlət tərəfindən ayrılan təqaüdlər olub. Bəzi ölkələrdə pensiya vergi və sosial məsrəflərdən azaddır. Elə ölkələr də var ki, sığortalar (icbari tibbi sığorta və s.) pensiya məbləğindən çıxılır.
Reytinqin düzgün olması üçün analitiklər netto məbləği hesablayıblar. Yəni pensiyaçının əldə etdiyi real vəsait göstərilib:
İsveçrə 3252.1 AZN
ABŞ 2827.1 AZN
İtaliya 2092.7 AZN
Avstraliya 2089.3 AZN
Almaniya 1887 AZN
Yunanıstan 1666 AZN
Sloveniya 1535.1 AZN
Kanada 1513 AZN
Çexiya 1195.1 AZN
Portuqaliya 1060.8 AZN
Estoniya 1033.6 AZN
Slovakiya 977.5 AZN
Polşa 942 AZN
Litva 787.1 AZN
Macarıstan 787.1 AZN
Çin 776.9 AZN
Argentina 770.1 AZN
Latviya 753.1 AZN
Xorvatiya 719.1 AZN
Rumıniya 715.7 AZN
Meksika 635.8 AZN
Siyahını 2000-4000 AZN civarında pensiya verən Danimarka, Finlandiya, Norveç və İsrail ilə genişləndirmək olar. Lakin dünya pensiya reytinqində ən aşağı pillələrdən birini tutan MDB üzvlərinə keçək. MDB ölkələrindəki pensiya müqayisəsini aparmazdan öncə qeyd edək ki, yuxarıdakı müqayisəni aparan analitiklərin fikrincə, Qazaxıstan Rusiyanı üstələyir. Söhbət 2022-nin fevralında MDB ölkələrində ən yüksək orta pensiya həcmindən gedir:
Qazaxıstan 399.5 AZN
Rusiya 365.5 AZN
Azərbaycan 362.1 AZN
Belarus 323 AZN
Özbəkistan 215.9 AZN
Ermənistan 144.5 AZN
Qırğızıstan 121.55 AZN
Moldova 111.35 AZN
Bəlkə də bu cədvəl qazax analitiklərin hesablamaları olduğundan özləri 1-ci yerdədir. Hər halda Azərbaycan üçlüyü tamamlayıb. Deməli, vəziyyət elə də acınacaqlı deyil. Əsas odur ki, bu gün ölkədə 25 il stajı olan üçün minimum pensiya məbləği 240 manat təşkil edir. Belə deyək, minimum pensiya məbləğində dünya olmasa da, MDB liderlərindənik. Problemi MDB-yə üzvlükdə görənlərlə qismən razıyam. Lakin bir faktı da qeyd edim ki, MDB-dən çıxan Gürcüstan və Ukraynadakı pensiya Azərbaycandakı məbləğdən azdır.
Anar Rəhimov,
KONKRET.azшаблоны для dle 11.2

Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025