Dünya / Karusel (19-01-2015, 11:43)
Prezident iqamətgahı yanında ordu ilə üsyançılar arasında döyüş başladı
Yəmənin paytaxtı Səna şəhərində Prezident Sarayı yaxınlığında şiə üsyançıları ilə Yəmən ordusu arasında döyüşlər başlayıb
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, yerli sakinlər prezident Əbd Rəbbo Mənsur Hadinin iqamətgahı ətrafında atəş səslərinin eşidildiyini bildiriblər.
Xatırladaq ki, naməlum şəxslər şənbə günü Prezident Administrasiyasının rəhbəri Əhməd Avad Mübarəki girov götürüblər. İlkin məlumata görə, bu hadisənin arxasında Mübarəkin baş nazir olmasının əleyhinə çıxış edən şiələr dayanır. Buna cavab olaraq ölkənin cənub əyalətlərinin liderləri Mübarəkin azad edilməsi üçün şiələrə 24 saat vaxt veriblər. Eyni zamanda Hadramaut, Şabva və Maribdəki tərəfdarlarını neft-qaz şirkətlərinin fəaliyyətini dayandırmağa hazır olmağa çağırıblar.
Qeyd edək ki, 2011-ci ildə dinc yolla gerçəkləşən hakimiyyət dəyişikliyindən sonra Yəməndə qeyri-stabil vəziyyət hökm sürür. Ölkənin cənubunda “əl-Qaidə” terror təşkilatının terror aksiyaları səngimir. Üsyançı şiələrin “Ənsar Əlla” hərəkatı isə Yəmənin qərbindəki bir sıra vilayətləri və yaşayış məntəqələrini nəzarət altında saxlayır. Onlar hökumətin neft məhsullarına subsidiyaları ixtisar etməsinə və bunun nəticəsində yanacağın qiymətinin kəskin artmasına etiraz edirlər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024