Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (16-08-2014, 11:56)
“Girovu öz üzvlərimizə dəyişməyə hazırıq”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Terror təşkilatı İnternet üzərindən bəyanat yayıb

 

"Mediatv.az" musavat.com-a istinadən xəbər verir ki, “Reuters” agentliyinin yaydığı xəbərdə deyilir ki, “əl-Qaidə” 3 il öncə Pakistanda girov götürdüyü amerikalını ABŞ-da həbsdə olan terrorçularla dəyişməyə hazırdır. 
Söhbət Varen Veynştayndan gedir. O, 2011-ci ildə Lahor şəhərində oğurlanıb. Cənab Veynştayın orada Amerika şirkətində çalışırmış. “Əl-Qaidə” bu şəxslə bağlı video materialı sonuncu dəfə dekabr ayında paylaşmışdı. Terroçuların dəyişmək istədiyi şəxslərsə hazırda ABŞ-ın hərbi bazası Quantanamodakı həbs düşərgəsində ( “Guantanamo Bay detention camp”) saxlanılır.
“Əl-Qaidə” Veynştaynın ailəsinə bildirib ki, əgər sizin hökumət onun azadlığın istəyirsə hərəkətə keçməlidir. Bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Ancaq sizin hökumət indiyə qədər Veinştaynın azad olması üçün heç bir cəhddə bulunmayıb. Belə getsə o, tənha vəziyyətdə həbsxanada öləcək. Əgər bunu istəmirsizsə öz hökumətinizə təzyiq göstərin. 
Agentlik xatırladır ki, Veynştaynın dekabrda yayımlanan 13 dəqiqəlik videosunda o, prezident Barak Obamaya müraciət edərək, azad olunması üçün terrorçularla danışıqlara başlamağı və onun azadlığına nail olmasını xahiş etmişdi.
Agentlik bildirir ki, cənab Veynştaynın Pakistanla Əfqanıstan arasındakı sərhəd ərazidə saxlanıldığı güman edilir. Oralar isə bütövlükdə “əl-Qaidə” və Talibanın nəzarəti altındadır. 
Xatırladaq ki, 1941-ci il doğumlu Varen Veynştayn Nyu-York Dövlət Universitetinin professoru olub. Onun girov götürülməsi barədə “əL-Qaidə” lideri Ayman əl Zəvahiri şəxsən məlumat yaymışdı.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024