Dünya / Karusel (15-01-2015, 12:21)
Paris qətliamı ilə bağlı şok faktlar
“Əl-Qaidə” terror təşkilatı Parisdə “Charlie Hebdo” satirik jurnalına hücum edən Kuaşi qardaşlarından birinin hesabına 20 min dollar vəsait yatırıb
Mediatv.az xəbər verir ki, bu barədə ABŞ-ın “ABC” telekanalı terrorla mübarizə üzrə mütəxəssislərə istinadən xəbər verir.
Telekanalın sözlərinə görə, jurnala hücum edən qardaşlardan biri üç il əvvəl pul vəsaiti alıb. Son zamanlar isə Paris terrorçuları və “Əl-Qaidə”nin Yəmən qolu arasında əlaqə olmayıb. Bu isə Kuaşi qardaşlarının terror aktından əvvəl maliyyələşdirildiyini göstərir.
Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.
Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.
Bu arada yanvarın 8-i naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024