Dünya (13-12-2014, 18:52)
Çadraya bürünmüş 6 terrorçu öldürüldü
“Əl-Qaidə” Yəməni qarışdırdı, Səudiyyə isə hədəfdədir
“Agence France-Presse”in paytaxt Sanadan verdiyi xəbərdə deyilir ki, Yəməndə hökumətə bağlı hərbi birləşmələr şənbə günü “əl-Qaidə” qrupuna aid olduğu ehtimal edilən 5 nəfəri öldürüb. Maraqlıdır ki, terrorçular yerli müsəlman qadınlar kimi çadradan istifadə ediblər. Yoxlama-keçid məntəqəsinə çadrada daxil olan terrorçular Səudiyyədən gələn avtobusdan düşüblər. Bu barədə yerli rəsmilər agentliyə məlumat verib. Rəsmilər onu da bildiriblər ki, öldürülmüş 5 terrorçudan 2-si səudiyyəlidir.
“Əsgərlərdən biri yoxlama aparmaq üçün avtobusa qalxıb. Terrorçu atəş açıb və əsgəri yaralayıb. Sonra buraxılış məntəqəsində olan digər hərbçiləri gülləbaran edib”, bunları da rəsmi şəxslər deyib.
Məlum olub ki, terrorçulardan 6 nəfəri cadradan gizlənmək üçün yararlanıb. Üzlərini də tamam örtüblər.
Avtobusdan intiharçı hücum təşkil etmək üçün istifadə olunan bombalı kəmər aşkarlanıb. Atışma zamanı yaralanan terrorçu və avtobusun sürücüsü polis tərəfindən dindirilib.
Agentlik qeyd edir ki, Yəmənin hadisə baş vermiş ərazisində qadınlar bir qayda olaraq yoxlamdan keçmirmiş. Sərt şəriət qanunları ilə yaşayan müsəlmanlar belə bir ehtimalı yaxın buraxmırmışlar. Terrorçular da bu məqamdan yararlanmaq istəyiblər. Ancaq bu dəfə yazılmamış qanun pozulub.
Agentlik xatırladır ki, iyul ayında 6 nəfər səudiyyəli “əl-Qaidə” üzvü bu ərazidə terror hücumu təşkil etmişdi. O vaxt 5 nəfər zabit öldürülmüşdü. Terrorçulardan ikisi isə özünü partlatmışdı. Yəməndə mərkəzi hakimiyyət zəif olduğundan ölkənin bir çox yerlərinə “əl-Qaidə” nəzarət edir. musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024