Cəmiyyət / Slayd (9-08-2015, 21:28)
Yol polisi 2015-ci ilin altı ayı ərzində öz vəzifələrinin öhdəsindən layiqincə gəlib
Baş Dövlət Yol Polisi İdarəsi öz üzərinə düşən vəzifələri - yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkili, təhlükəsizliyin təminatına nəzarət, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə inzibati icraatın həyata keçirilməsi, səlahiyyətləri çərçivəsində yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların, texniki normaların işlənib hazırlanması kimi vəzifələri uğurla həyata keçirir. İdarə avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsini, onlara dövlət qeydiyyatı şəhadətnamələrinin və nömrə nişanlarının verilməsi, habelə yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanların qəbul edilməsi, nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsinin təşkili, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotunu müəyyən etmək və hesabatını aparmaq işinin də öhdəsindən layiqincə gəlir.
Ümumiyyətlə, hörmətli general Ramiz Zeynalovun rəhbərliyi altında BDYPİ-nin şəxsi heyəti ölkə Prezidentinin 26 dekabr 2012-ci il tarixli «Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında sərəncam»ına yönəltmiş və sərəncamdan irəli gələn vəzifələrin icrası üçün bütün qüvvəsini səfərbər etmişdir. Yol qəzalarında insan ölümünün qarşısının alınması məqsədilə hadisələrin əsas səbəblərinə, habelə nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsində mühüm amillərdən olan yol hərəkətinin düzgün təşkilinə diqqət yetirilmişdir. Sürət həddinin aşılması, yolayrıclarının keçilməsi və ötmə qaydalarının pozulması hallarına yol verən, avtomobilləri sərxoş halda idarə edən sürücülərə qarşı mübarizə ciddiləşdirilib.
Yol infrastrukturunun təkmilləşdirilməsi sahəsində görülən işlər də müəyyən vaxt sərf edir. İnsanların nəqliyyat vasitələrinə və sürücülük vəsiqəsinə yiyələnmək hüquqlarını da məhdudlaşdırmaq olmaz.
Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin təqdirəlayiq fəaliyyətindən söz açarkən, çox hörmətli polis general-mayoru Ramiz Zeynalovdan sonra rəis müavinləri - polis polkovniki Mübariz Şahbazovun, YPX Alayının komandiri polis polkovniki Balakişi Əhmədovun , idarənin qeydiyyat-imtahan şöbəsinin rəisi Hacımurad Abdullayevin ,şöbənin rəis müavinləri Etibar Əliyevin , Müşfiq Rəhimovun və Gəncə şəhərində yerləşən Tariyel Məmmədovun rəhbərlik etdiyi qeydiyyat-imtahan şıbəsinin razılıq doğuran xidmətləri , eləcədə dövlətə və dövlətçiliyə sadiqliyləri,qanunlara ,YPX haqqında təlimata ciddi riayyət etmələri xüsusi qeyd
olunmalıdır.Məhz onların öz üzərlərinə düşən vəzifələri layiqincə, həm də nümunə sayılacaq səviyyədə yerinə yetirmələri ümumiyyətlə, DYP sistemin əməkdaşlarının məsuliyyətlərini artırır. .Nəticədə yollarımızda hərəkət iştirakçılarının təhlükəsizliyinin etibarlı təmini istiqamətində görülən işlərin səviyyəsi yüksəlir. Azərbaycanı ziyarət edən qonaqlar, paytaxtımız Bakıda və digər şəhərlərdə təşkil etdiyimiz beynəlxalq səviyyəli tədbirlərə qatılan əcnəbi turistlər də bu faktoru yüksək qiymətləndirirlər. Bakı kimi əhalisi sıx avtomobillərinin sayı çox olan bir şəhərdə bu vəzifənin öhdəsindən gəlmək mürəkkəb işdir. Təqdirəlayiq hal kimi qeyd olunmalıdır ki, bu gün Azərbaycanda BDYPİ və onun struktur vahidləri yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması hallarının qarşısını almaq; hərəkəti tənzimləmək; yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə təxirəsalınmaz tədbirləri həyata keçirmək; qəzaların yerində zərər çəkmiş şəxslərə ilk tibbi yardım göstərmək, ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlığa qarşı mübarizə tədbirlərində iştirak etmək; yol hərəkəti iştirakçılarına onların hüquqlarının təmin olunmasında yardım etmək; yol hərəkəti təhlükəsizliyi qaydalarını pozan şəxsləri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb etmək; yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək; xüsusi təyinatlı avtomobil karvanlarını müəyyən edilmiş qaydada müşayiət etmək; yol şəraiti hərəkət üçün ciddi təhlükə yaratdıqda, fövqəladə və digər hallarda yol hərəkətini müvafiq qaydada müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək; qanunvericiliklə nəzərdə tutulan hallarda nəqliyyat vasitələrinin istismarını qadağan etmək; küçə və yollarda sahibsiz qalan və hərəkətə maneçilik törədən nəqliyyat vasitələrini duracağa göndərmək və başqa vəzifələrin öhdəsində layiqincə gəlir.
BDYPİ-nin və onun tabeli qurumlarının fəaliyyəti qanunçuluq, insan hüquqlarına hörmət və aşkarlıq prinsipləri əsasında qurulmuşdur. DYP öz qarşısında duran vəzifələri polisin digər xidmətləri, dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, əmək kollektivləri və vətəndaşlarla birgə qarşılıqlı fəaliyyət əsasında həyata keçirir.
Hörmətli general Pamiz Zeynalovun rəhbərliyi altında BDYPİ-nin şəxsi heyəti bundan sonra da fəaliyyətini günün tələbləri səviyyəsində, həm də insan amili əsasında həyata keçirəcək. Bu yolda onlara uğurlar arzulayırıq.