Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (11-11-2014, 23:39)
Noyabrın 15-dən yol polisi reydlərə başlayacaq

 

Noyabr ayının 15-i gecə saat 00:00 radələrindən etibarən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYİ) yerli yol polisi şöbələrinin əməkdaşları paytaxt ərazisində növbəti reydlərə başlayacaqlar. Artıq bununla bağlı lazımi göstərişlər verilib.

İdarənin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov «Həftə içi»nə bildirir ki, sözügedən reydlərin keçirilməsində məqsəd qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadənin qarşısına almaqdır. Onun dediyinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il may ayının 1-dən noyabr ayının 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilib: «Milli Məclis tərəfindən «Yol hərəkəti haqqında qanun»a 1 saylı əlavədə «Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı»da qeyd olunub ki, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükə yaradan əlavə əşyaların qoyulması və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər, pərdə və plyonka çəkilməsi qadağandır. Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin hazırladığı AZS 122-2004 dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Bu zaman güzgü-şüşələrdən istifadə qadağındır. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük, yəni pərdə və ya plyonka çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. AZS 122-2004 standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələrdə, yəni maşınların alın şüşələri üçün 75, küləyə qarşı olmayan digər şüşələr üçün isə 70 faiz həddindən aşağı olmamalıdır. Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır».

Bölmə rəisi vurğulayır ki, BŞDYPİ reydlərin keçiriləcəyi ilə bağlı sürücülərə növbəti xəbərdarlığı ünvanlayıb. Onun dediyinə görə, təyin olunmuş standarta və tələblərə görə, nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış, sürücülər tərəfindən adətən jalüzlərin quraşdırılaraq idarə edilməsi müddəti başa çatır və bu, nəzərə alınmalıdır: «Bəzi sürücülər tünd pərdə və plyonkalardan istifadə edirlər ki, bu da qanunla qadağandır. Noyabrın 15-i gecə saat 00.00 radələrindən etibarən yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndiriləcək və bu istiqamətdə müvafiq tədbirlər görüləcək, qanunla qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri və sürücülər cəzalandırılacaqlar».

Vaqif Əsədov əlavə edir ki, qanunların tələblərinə məhəl qoymayan sürücülər və avtomobil sahibləri yol verdikləri inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 150 manat məbləğində cərimə olunacaqlar. Onun dediyinə görə, «Yol hərəkəti haqqında» qanunun tələbinə əsasən, idarə edilən nəqliyyat vasitələrinə əlavə avadanlığın quraşdırılması ilə bağlı məsuliyyət tətbiq edilir: «Bu da 150 manat məbləğində cərimə deməkdir. Bizim borcumuz bu haqda informasiya verməkdir. Biz informasiya versək də, verməsək də, «Yol hərəkəti haqqında» qanun və bu qanundan irəli gələn tələblər sürücülər tərəfindən çox gözəl mənimsənilir və yadda qalır. Biz dəfələrlə sorğu keçirmişik ə görmüşük ki, əksər sürücülər 15 noyabr tarixinin son gün olduğunu çox gözəl bilirlər və pərdə, jalüz və plyonkadan istifadə etmirlər. Ancaq hər bir sürücü bilməlidir ki, o, «Yol hərəkəti haqqında» qanuna əməl edərsə, həm yol polisinin işi asanlaşar, həm də özünün təhlükəsizliyi təmin olunar».

Təbriz Vəfalı

шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024