Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-01-2022, 18:47)
"Ailənin tək oğlu müharibədə ön cərgədə vuruşmasın" - Deputatdan təklif

 


“Evin tək oğlunun əsgər getməsi məsələsi cəmiyyətdə, xüsusilə sosial şəbəkələrdə müzakirə olunan mövzular sırasındadır.

Əsgər getmək Vətənin müdafiəsində, keşiyində olmaq deməkdir. Mənə elə gəlir ki, bu məsələdə heç bir ayrı- seçkilikdən söhbət gedə bilməz”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Milli Məclsiin üzvü, deputat Elman Nəsirov evin tək övladının əsgər getməsindən danışarkən deyib.

Deputat qeyd edir ki, söhbət əgər Vətənin göz bəbəyi kimi qorunmasından gedirsə, övladların sayının nə qədər olması önəmli deyil. Bu, Sovet dövründə də belə idi:

“O zaman ailədə övlad tək olsa belə, hərbi xidmətə gedirdi. Sadəcə olaraq, burada yanaşma fərqli olmalıdır. Fikrimcə evin tək oğlunun hərbi əməliyyatlar zamanı ön cəbhədə olmamalıdır”.

Parlament üzvü bildirib ki, nəslin qorunması naminə bu şəxslərin ön cərgədə olmaması məsələsinə baxılmalı, müzakirə olunmalıdır. Bu məsələ ilə bağlı müəyyən qərar qəbul edilə də bilər: “Digər hallarda hər bir şəxs hər bir halda Vətənin müdafiəsində olmalıdır. Yəni hər bir kəs Vətənə xidmət etməli, hərbi xidmətdə olmalıdır. Parlament üzvləri, həmkarlarımla bu məsələni dəfələrlə müzakirə etmişik. Ailənin yeganə övladı varsa, gələcək nəslin qorunub saxlanması üçün bəzi dəyişikliyin olmasının tərəfdarıyam. Tək oğulun hərbi əməliyyatlar zamanı şiddətli döyüşlərin episentrində olmasının əleyhinəyəm. Bu, mənim yanaşmamdır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024