Cəmiyyət (18-08-2020, 17:48)
Nazirlikdən Rəhim Yaqublunun əməliyyata ehtiyacı olması iddiaları ilə bağlı AÇIQLAMA
Müdafiə Nazirliyi (MN) sosial şəbəkələrdə müddətli həqiqi hərbi xidmətdə olan Yaqublu Rəhim Tofiq oğlunun hərbi xidmətdən əvvəl futbol oynayarkən dizindən aldığı travma ilə əlaqədar guya hərbi hissədə müalicə olunmadığı və əməliyyata ehtiyacı olması barədə yayılan məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən bildirilib ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq, onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar.
“2020-ci ilin yanvar ayında hərbi xidmətə çağırılmış əsgər Rəhim Yaqublu ilə bağlı bildiririk ki, o, hazırda hərbi xidmətdədir və xidmətini normal şəraitdə davam etdirir. Xidmətlə bağlı hər hansı bir narazılığının olmadığını özü də etiraf edir.
Hərbi xidmətdən əvvəl sol ayağının diz nahiyəsindən aldığı travma ilə bağlı o, cari ilin fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda hərbi həkim-travmatoloqlar tərəfindən müayinə olunub.
Diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb. Bununla belə, əsgər Rəhim Yaqublu müayinə olunması üçün sabah yenidən hərbi tibb müəssisəsinə göndəriləcək.
Qeyd edirik ki, hər bir hərbi qulluqçunun özünün və ailə üzvlərinin istənilən müraciətinə həssaslıqla yanaşılır, məsələnin dərhal araşdırılaraq müsbət həlli istiqamətində müvafiq tədbirlər görülür.
Hərbi xidmətdə olduğu müddətdə zərurət yarandıqda hər bir əsgər peşəkar hərbi həkimlərimiz tərəfindən müayinə və müalicə olunurlar.
Bir daha bildiririk ki, sosial şəbəkələr vasitəsilə məsələnin siyasiləşdirilərək hərbi xidmətə müdaxilə edilməsi cəhdini qəti surətdə rədd edir və bu kimi hərəkətləri qəbuledilməz hesab edirik”, - deyə məlumatda qeyd olunub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024