Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-02-2021, 13:15)
Ermənistan Qarabağdan bu cür çıxır – Şərh

 Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcəyi bəlli idi. Çünki 10 noyabr tarixli üçtərəfli bəyanatın müvafiq bəndində açıqca göstərilir ki, Ermənistan qoşunlarını Qarabağdan çıxarmalıdır. Digər tərəfdən, Ermənistan bu və ya başqa yolla gec-tez işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılacaqdı.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcəyi haqda yayılan xəbərləri şərh edərkən deyib.
Onun sözlərinə görə, bəyanata uyğun olaraq, sülhməramlıların regiona gəlişi Ermənistanın işğalçı qüvvələrinin regiondan çıxması ilə paralel aparılmalı idi:
“Biz prosesin müəyyən mənada gecikmə ilə də olsa, getdiyini gördük. Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməməsi bir daha 10 noyabr tarixli bəyanatın icrasını göstərir. Ümumilikdə Ermənistanın Qarabağa əsgər göndərməsi qanunsuz və işğalçı bir əməl idi. Bundan sonra belə bir şey olmayacaq.
Digər tərəfdən, Rus-Türk Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ermənilərin mənfur əməllərinə ciddi zərbə vurdu. Yəni mərkəz həm də rəsmi İrəvanın təxribatçı gərginlik yaratmaq məqsədi güdən əməllərini izləyəcək. Bunu Ermənistan tərəfi də başa düşür. Bu mənada belə bir qərar verilib. Ümid edək ki, rəsmi İrəvan bu dəfə verdiyi qərarın arxasında duracaq. Əks halda bəyanatı pozduğuna görə təkcə Azərbaycanı deyil, eyni zamanda Rusiyanı da qarşısına almış olacaq”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
28 11 2025
28 11 2025