Psixologiya Elmi-Tədqiqat İnstitutunun və Narınc Psixologiya Mərkəzinin birgə əməkdaşlığı ilə 11.11.2021 tarixində.
Zəfər Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.
Açılış nitqi üçün söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova verilmişdir. Daha sonra isə Narınc Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva və əməkdar artist Kübra Əliyeva çıxış etmişdir.
Tədbir zamanı şəhid və qazi övladları şeir səsləndirmiş və Xudayar təsnifi ifa etmişlər.
Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin psixoloji yardım göstərdiyi şəhid ailələri, qazilər və vətən müharibəsi iştirakçıları iştirak etmişdir. Tədbir zamanı onlara söz verilmiş, eyni zamanda təşəkkürnamə və hədiyyələr təqdim edilmişdir.
Qeyd edək ki, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzi bu günə qədər 250 dən çox şəhid və qazi ailəsinə psixoloji dəstək göstərmişdir.
Tədbir konsert proqramı ilə yekunlaşmışdır.
Şəhid ailələrinə, qazilərə tədbir də iştirak etdiyi üçün dərin təşəkkürümüzü bildiririk.