Bu barədə Mediatv.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.O bildirib ki, həmin şəxslər Rəvanə Kərimovanın onların etibarından sui-istifadə edərək, biznes qurmaq adı ilə xeyli məbləğdə pullarını ələ keçirdiyini bildirib və barəsində qanuni tədbir görülməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət ediblər:
"Nizami Rayon Polis İdarəsində aparılan ilkin araşdırmanın nəticəsində məsələnin mülki xarakterli olduğu aydınlaşıb və zərərçəkmişlərin məhkəməyə müraciət etmələri bildirilib. Sentyabrın 20-də isə Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Rəfael Musayev Rəvanə Kərimovanın qardaşı Əbülfəz Həbibbəylinin onun oğlu Rauf Musayevdən 70 min manat pul tələb etdiyini, əks təqdirdə onu öldürəcəyi ilə hədələdiyini bildirib. Buna səbəb kimi isə Rəvanə Kərimova barəsində polisə etdiyi şikayəti əsas gətirib. Hazırda daxil olmuş müraciət əsasında Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".