Kriminal (25-12-2019, 12:22)
Bakıda vətəndaşları Avropa ölkələrində “işə düzəldən” dələduz tutuldu

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Məmmədov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, V.Məmmədov bir neçə ay əvvəl Nəsimi rayonu ərazisində ofis açaraq müxtəlif vasitələr, o cümlədən sosisal şəbəkələrdə xaricdə yüksək məvacibli iş elanları verməyə başlayıb. O, iş üçün ona müraciət edən şəxsləri Almaniya, Çexiya, Polşa Respublikalarında yerləşən şokolad fabrikləri, Norveç Krallığında balıq fabriki, Estoniya respublikasında yerləşən avtomobil zavodunda işlə təmin edəcəyinə söz verərək onları dələduzluq yolu ilə aldadıb. Hələlik polisə rəsmi şəkildə müraciət edən, 15 nəfər zərərçəkəni bu üsulla aldadan V.Məmmədov ümumilikdə onların 50 min manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.
Qeyd olunan faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Nəsimi Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
Xırdalandan növbəti şikayət- "Viləşçay-İnşaat" MTK-nın rəhbəri özü üçün qanunlar tətbiq edib? -VİDEO
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025