Kriminal (5-04-2019, 12:30)
Taksi sürücüsünə hədə-qorxu gələn dəstə üzvləri həbs edildi

Mediatv.az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qəra əsasən, R.Rzayev və V.Məmmədovun barələrində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri ilə əvəz edilib.
Hər iki şəxs məhkəmə iclas zalında həbs olunub.
Qeyd edək ki, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edərək sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını, hədə-qorxu gələrək 457 manat pullarını almasını bildiriblər.
Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini N.Məmmədov saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə təhvil verilib.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini R.Rzayev və V.Məmmədov da saxlanılıb, lakin onların barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025