Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (7-09-2014, 17:09)
Baytarlar gücləndirilmiş iş rejiminə keçdi

 

 

Son vaxtlar iribuynuzlu heyvanlar arasında yayılmış xəstəliklərə qarşı profilaktik tədbirləri gücləndirmək məqsədilə Goranboy Rayon Baytarlıq İdarəsinin kollektivi gücləndirilmiş iş rejiminə keçib. 

 

İdarənin baytar həkimləri heyvanların peyvənd edilməsi məqsədilə kənd və qəsəbələrdə olur, epizoodik tədbirlərlə yanaşı, fermerlər arasında maarifləndirmə işləri də aparırlar.

Mediatv.az məlumatına görə, idarənin rəisi Elsevər Hüseynov AzərTAc-a deyib ki, mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması və damazlığın inkişafı üçün rayonda 13 süni mayalandırma texniki çalışır. Son 6 ayda 1000-dən artıq inək süni yolla mayalandırılıb və onlardan 755 sağlam bala alınıb. İstər ana heyvanların, istər alınmış balaların və istərsə də ətlik üçün bəslənən mal-qaranın yoluxucu xəstəliklərdən qorunması məqsədilə profilaktik tədbirlər vaxtında həyata keçirilir.

Qısa vaxt ərzində artıq 20 min baş iribuynuzlu, 50 baş isə xırdabuynuzlu heyvandan qan nümunəsi götürülərək analiz edilib. Sevindirici haldır ki, heyvanlar arasında heç bir xəstəlik daşıyıcısı aşkar olunmayıb.

 

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024