Cəmiyyət (9-12-2020, 22:34)
“Qarabağ” ordeni alan Əfqan Nağıyev Hadrut və Füzulidə döyüşüb
Bu ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Dövlət Sərhəd Xidmətinin sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev də Vətən müharibəsinə görə mükafatlandırılanlar arasındadır.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyi üçün Əfqan Nağıyevə “Qarabağ” ordeni verilib.
Xatırladaq ki, Ə.Nağıyev 3 aydan az müddət həbsdə qaldıqdan sonra avqustun 8-də ev dustaqlığına buraxılmışdı. Sentyabr ayında isə onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Müharibə başlayandan sonra isə Əfqan Nağıyev general-leytenant kimi Sərhəd Qoşunları hərbi qulluqçuların komandiri kimi Füzuli və Hadrut uğrunda döyüşlərə rəhbərlik edib.
Ə.Nağıyev bu döyüşlədə göstərdiyi şücaətə görə “Qarabağ” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ə. Nağıyev 2004-cü ildə polkovnik-leytenant ikən Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Əfqan Nağıyev növbəti dəfə 2008-ci ildə təltif edilib. Həmin vaxt polkovnik olan Nağıyev, Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Ə.Nağıyev 1 il sonra isə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
2012-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi Əfqan Vəli oğlu Nağıyevə general-mayor rütbəsi verilib. 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
2018-ci ilin avqustunda general-leytenant hərbi rütbəsini alıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024