Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-11-2020, 10:55)
Vətəndaşın yeni başağrısı: "TƏMİZ QAZ"... - Bu qurumun "Azəriqaz"a dəxli varmı?


Vətəndaşın yeni başağrısı: "TƏMİZ QAZ"...
"Şikayətim çox-çox hörmətli Azəriqaz İstehsalat Birliyin-dəndir. Demək bu qurumun hansısa öz işini bilməyən "Təmiz Qaz" (Çirkli qaz-daha doğru olardı) əməkdaşları bizim ünvana yaxınlaşmışlar və istismarımda olan Qaz sayğacını qutuya yerləşdiriblər və bu zaman evə gedən daxili xətti qaynaq (svarka) ilə deşiblər (Yəqin edirəm ki qaynaq işləri edəndə başlıqın test olunması üçün kənar borulara vururlar)". DİA.AZ bildirir ki, bu barədə Elvin Şirazov şikayətində qeyd edir.

Daha sonra narazı vətəndaş yazır: "Nəysə bunlar işlərin görüb qazın vintilin bağlayıb çıxıb gediblər. Gün ərzində evdə qaz olmayıb, Azəriqaz İstehsalat Birliyi-zəng vurduqda isə Maştağa qəsəbəsində sızma baş verib ona görə qaz yoxdur-tezliklə olacaq bildirdilər. Daha sonra mən işdən qayıdanda qazın bağlı olduğunu gördüm. Qazı açdıqda qazın borudan sızdığını gördüm- Azəriqaza zəng vurdum. Sağ olsunlar gecə 1-ə qalmış gəldilər. Bir əməkdaş əlindəki köpüklü spreylə deşilən yeri yoxladı və düz deyirsiz boru burdan deşilib. Deyirəm bunu mən bilməsəm niyə Sizi çağırıram? 2-ci bunu Sizin qurum edib və düzəldib gedməli idi. Onlar isə bunun bizim qurum yox "Təmiz qaz" -ın əməkdaşları çox ehtimal ki edib. Siz ən yaxşı halda qazı açmayın sabah 1 dənə qaynaqçı tapın, bu borunu qaynaqlasın. Dedim Siz nə işə baxırsız? Deyir bu Sizin daxili xəttdir. Bizim qurumda etməyib və çıxıb getdilər. Hadisə baş verib bu həftənin 3-cü günü. Nəysə. Sabahı gün Azəriqaza zəng vururam (təqribən 9 15-20 dəq qalmış) və xəbərdarlıq edirəm ki, Sizin əməkdaşlar borunu təmir etmədi və danışıqları necə ki Siz yazırsız məndə qeydə alıram. Problem yoxdur ki deyir yox. Deyir, narahat olmayın bu gün ərzində əməkdaşımız yanaşıb məsələni aradan qaldıracaq. Nəysə axşam saat 6 ya işləmiş zəng vururam, xanım deyir Sizin zənginizi bir xanım qeydə alıb istəyiriz yenidən qeydə alım? Deyirəm yox lazım deyil, onsuzda o şikayət bağlanmalıdır çox ehtimal ki onda baxıb geri dönəcəklər. Nəysə, axşam gələndə quru qaynaq (suxoy zvarka) ilə borunu yalançı təmir edib qazı açdım səhəri saat 12-ə kimi 20 manatdan çox qaz yazdı nəysə. Qazı istismar etdim. Azəriqazdan xəbər yoxdur. Nəhayət tanışlardan xahiş etdim səyyar qaynaq aparatı ilə şəxsi vəsaitim hesabına günorta xətti yenidən qaynaqlatdım. Sağ olsun Azəriqaz İstehsalat Birliyi. Azəriqaz bizimdir! Azəriqaz Azərbaycanındır (Demək istəyərdim :))). Bu halda özlüyümdə aşağıdakı suallara cavab axtarıram.
Demək Azəriqaz və Təmiz qaz ayrı qurumdur. Təmiz qaz gedib, Azəriqazın istehlakçısına ziyan vursa-problem həllin tapmayacaq?
Şikayət olunan qaz sızmaları qeydə alınır və necə gəldi bağlanır. Yəni həmişəki kimi yenə dövlət qurumu və özbaşınalıq
Demək ki, Azəriqaz -a istehlakçını düşünmur, onsuzda başqa seçimləri yoxdur- deyib işi rahat başdan edir.
Dövlət yox özəl qurum olsaydı belə olardımı?
Bu tip məsələri rəsmi şikayət edəcəyimiz yerin belə olmaması bu şəxslərin öz vətəndaşları üzərində özbaşınalıq etməsinə səbəb olmasıda aktual məsələdəndir".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024