Cəmiyyət (10-08-2020, 13:49)
Sabah 35 dərəcə isti olacaq
Avqustun 11-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
“Jurnalist kaş Mövlanənin müsahibəsini əvvəl Fərqanə xanıma göstərərdi, bəlkə deyəcəkdi ki, vermə?!”
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
23 01 2026
22 01 2026
22 01 2026
22 01 2026

























