Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-07-2020, 13:31)
Sabah Bakıda 35 dərəcə isti olacaq

 Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Mediatv.az-a verilən məlumata görə, 17 iyulda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-25,  gündüz  30-35, Bakıda gecə 23-25, gündüz  33-35 dərəcə isti olacaq.
Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu,  nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu  gecə 21-26, gündüz  33-38, dağlarda gecə 12-17, gündüz  21-26 dərəcə  isti olacaq.  
Tibbi-meteoroloji proqnoz
İyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərədüddü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əlverişlidir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
7 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025
6 08 2025