Cəmiyyət (2-03-2020, 19:00)
"Dövlət İdarəçilik Akademiyasının müəllimi məhkəməyə təzyiq edir"
Böyük Britaniya və Rusiya Federasiyasının vətəndaşı olan Rudenko Andrey Eduardoviç Azərbaycanın dövlət rəhbərliyinə, həmçinin ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.
AFN-in məlumatına görə, müraciətdə A.Rudenko Yasamal rayon məhkəməsində keçmiş həyat yoldaşı Məmmədova Fəridə Fuad qızı ilə boşanma prosesinin çox ciddi qanunların pozulması ilə müşayiət olunduğunu qeyd edib. Bildirib ki, Yasamal rayon məhkəməsində F.Məmmədovadan boşanma barədə iddia onun tərəfindən qaldırılıb.
Qeyd edək ki, Fəridə Məmmədova Dövlət İdarəçilik Akademiyasının müəllimi, tanınmış kulturoloq Fuad Məmmədovun qızıdır.
A.Rudenko bildirir ki, məhkəmədən bu nikahdan olan övladları – 10 yaşlı Andrey, 8 yaşlı Eliza və 5 yaşlı Alinanın onun himayəsinə verilməsini tələb edib: “Biz ailəlikcə 2014-cü ilin noyabrında Londondan Bakıya köçərək burada yaşamağa başlamışıq. Övladlarım Böyük Britaniya və Azərbaycanın, mən isə Böyük Britaniya və Rusiyanın vətəndaşıyam. Nikahın pozulması və uşaqların atanın himayəsinə verilməsi barədə iddianı məhkəmədə mən qaldırmışam. Buna səbəb isə keçmiş həyat yoldaşımın davranışları olub. Belə ki, o, son bir il ərzində aqressiv davranmağa başlayıb, uşaqları qorxudan və psixikalarına ciddi təsir göstərən hərəkətlərə, qışqırıqlara yol verib, biədəb söyüşlər işlədib. Həmçinin valideyn kimi ümumiyyətlə uşaqlarla maraqlanmayıb: gecələri evdə deyil, nikahdankənar əlaqədə olduğu kişilər və rəfiqələri ilə əyləncə və içki məclislərində keçirib. Hətta oğlumuzun əməliyyat olunduğu zaman belə Fəridə bu məclisləri dayandırmayıb.
Ailənin bütün maddi tələbatını mən qarşılayıram – bura uşaqların özəl məktəblərdə təhsil haqqının, ev işləri üçün köməkçinin, ailə sürücüsünün maaşı, evin kirayə haqqı, qidalanma və tibbi xidmət xərcləri daxildir. F.Məmmədova isə “İsmayıllı Şərab” Açıq Səhmdar Cəmiyyətində işləyir və oradan aldığı 1500 manat dəyərində əmək haqqını yalnız öz ehtiyaclarına, gəzməyinə, eyş-işrətlə məşğul olmağına sərf edir. Evdə heç bir iş görmür və uşaqların tərbiyəsi ilə məşğul olmur.
Məhkəmə prosesinin ilk mərhələsindən etibarən F.Məmmədova dəfələrlə bildirib ki, valideynlərinin, xüsusilə də atası Fuad Məmmədovun əlaqələrindən istifadə edərək mənim əleyhimə qərarın çıxarılmasına nail olacaq. Bu hədə-qorxular bir neçə dəfə evdəki videomüşahidə kameraları tərəfindən də qeydə alınıb. Bundan əlavə, keçmiş həyat yoldaşım şəxsi əlaqələrindən istifadə edərək mənim uşaqlarla görüşmək üçün Azərbaycana gəlişimə maneə yaradacağını deyib. Bu təhdidlərdən əlavə, F.Məmmədova və onun valideynləri məhkəmə prosesində həlledici şahidlərə - evdə çalışan şəxslərə təzyiqlər ediblər. Mən işlə bağlı xaricdən, ezamiyyətdən qayıtdıqdan sonra evimizdə 3 il dayə işləmiş şəxs mənə Fəridənin evdə gecələmədiyini bildirdiyi zaman, Fəridə evdə uşaqların gözü qarşısında dava salaraq, dayəni evdən qovdu. Sonradan isə onun məhkəmə iclasına gəlməməsi üçün təzyiqlər etməyə başladı.
Mən və övladlarım üçün Bakı rahat və komfortlu bir ev olub. Azərbaycan böyük inkişaf yolu keçib. Məhkəmə sistemində də açıqlıq, obyektivlik və prosessual inkişaf istiqamətində işlər həyata keçirilir. Bu fonda Fəridənin mənə yönəlik “lazımi adamlara iki zəng kifayətdir ki, hər şey həll olunsun”, “ikicə düyməni basmaq kifayətdir ki, sən bu ölkədə olmayasan” kimi təhdidləri tamamilə əsassız kimi görünürdü. Lakin hadisələrin gedişi göstərdi ki, ən azı Azərbaycan məhkəmələrində Fəridə həqiqətən də işləri tanışlıq və tapşırıqla həll etməyə nail ola bildi...
Fəridənin atası – kulturoloq Fuad Məmmədov dövlət idarəetməsi və ailə münasibətlərində düzgün, kulturoloji əsaslanmış yanaşmalara dair bir neçə əsərin müəllifidir. Cənab Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dərs keçir. Məhkəmə prosesinin gedişində o, müəllim adına yaraşmayacaq formada həm məhkəmə orqanlarına, həm də iş üzrə şahidlərə təsir etdi. O, həmçinin Prezident Administrasiyasının əməkdaşları ilə əlaqələrindən sui-istifadə etdi. Onun əməlləri nəticəsində Yasamal rayon məhkəməsi, Yasamal rayon İcra Hakimiyyəti yanında himayəçilik və qəyyumluq komissiyası, həmin rayonun hüquq-mühafizə orqanları (bu orqanlara mən F.Məmmədovanın antisosial davranışlarından müdafiə olunmaq üçün müraciət etmişdim) təsirə məruz qaldılar. Məlum oldu ki, F.Məmmədovun əlaqələri sayəsində həmin qurumlara Prezident Administrasiyası və Milli Məclis əməkdaşları tərəfindən zənglər olunub. Bütün bu təzyiq və təsirlər Yasamal rayon İcra Hakimiyyəti yanında himayəçilik və qəyyumluq komissiyasında, Yasamal rayon məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində işə baxılması zamanı bir sıra ciddi prosessual və qanun pozuntularına gətirib çıxardı.
Belə ki, komissiya öz işini ümumiyyətlə görmədi, mənim və Fəridənin, o cümlədə uşaqların həyat şəraitni müayinə belə etmədən əsaslandırılmamış rəy verdi.
Məhkəmələr 10 yaşlı oğlumun dəfələrlə yazılı müraciətlər etməyinə və hətta məhkəmə iclasında göz yaşı tökərək atası ilə, yəni mənimlə qalmaq istədiyini bildirməsinə baxmayaraq, onun istəyini belə nəzərə almadılar və bu göstərişin Prezident Administrasiyasından gəldiyini bildirdilər.
Heç bir əsas olmadan və araşdırma aparılmadan məndən 3000 (üç min) manat aliment tutuldu.
Mühüm əhəmiyyətli şahidlərin dindirilməsindən imtina edildi. Hakim heç bir əsas gətirmədən uşaqların əvvəlki və indiki dayələrini dindirməkdən imtina etdi. Proses boyu cavabdeh tərəf şahidlərə ciddi təzyiqlər etdilər. Məsələn, F.Məmmədova işdən çıxardığı dayə Gülnarə Məmmədovanın bacısına və gəlininə zəng vuraraq hədələyib ki, məhkəməyə gəlsə onunla bağlı vergi orqanlarına müraciət edəcək. Eyni zamanda mənim özümə də ciddi təzyiqlər olundu – bunu sübut edən videofaktlar məhkəməyə təqdim edilib. Bundan əlavə, cavabdeh məhkəmə tərəfindən dindirilməli olan 10 yaşlı oğlumuz Andreyə belə təzyiqlər etməkdən çəkinmədi, mənim uşaqla ünsiyyətimin qarşısını almağa çalışdı. Hətta məhkəməyə gedəndən sonra oğlumu təhdid etdi.
Proses başlayan ilk gündən cavabdeh tərəf məni açıq şəkildə təhdid edirdi ki, ailəsinin əlaqələri sayəsində məhkəməyə təsir edərək, istədiyi qərarı alacaq. Bundan əlavə, məni Azərbaycana girişimin yasaqlanacağı ilə təhdid edib. Hər iki halı sübut edən videofaktlar var və məhkəməyə təqdim olunub. Həqiqətən də prosesin gedişində yalnız məhkəməyə deyil, keçmiş həyat yoldaşımın aqressiv hücumlarından uşaqlarımın və özümün mühafizəmin təşkil olunması üçün müraciət etdiyim hüquq-mühafizə orqanlarına təzyiqlər edildi. Yasamal rayon Polis İdarəsinin nümayəndələri qeyd etdilər ki, Prezident Administrasiyasının əməkdaşları və Milli Məclisin iki deputatı tərəfindən işə müdaxilələr edilir və kulturoloq Fuad Məmmədovun qızı Fəridə Məmmədovanın xeyrinə qərarlar qəbul edilməsi barədə göstərişlər verilib...
Bütün qeyd olunanlarla bağlı F.Məmmədovla əlaqə saxlayıb mövqeyini istədik. AFN-ə açıqlamasında F.Məmmədov bildirdi ki, məsələyə hüquqi müstəvidə qiymət verilib: “Mən o adam haqqında geniş danışmaq istəmirəm. Onun necə bir adam olduğunu işə baxan hakimlər, məsələyə aidiyyatı olan şəxslər gördülər. Bu proses və konkret olaraq Andrey haqqında geniş danışmaq mənim ad-sanıma və nüfuzuma uyğun deyil”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024