Cəmiyyət (22-11-2018, 11:22)
Azərbaycanın sabiq ədliyyə naziri vəfat etdi

Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, Nəriman Həbib oğlu Yusifov indiki Ermənistanın ərazisində qalmış qədim Azərbaycan torpağında, Vedibasar mahalının Böyük Vedi kəndində doğulub. Bakıda ali hüquq təhsili alıb. Müxtəlif vəzifələrdə çalışıb. 1966-78-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib.
Nəriman Yusifov Moskvada çalışdığı illərə dair “12 il Moskvada – Kremldə” adlı kitab yazıb. Kitabda müəllif Mikoyan, Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edib.
Azərbaycana döndükdən sonra N.Yusifov Bakı şəhər prokuroru, ədliyyə naziri vəzifələrində çalışıb.
N.Yusifov uzun həyatı boyunca hansı postda çalışıbsa tabeçiliyində olanların rəğbətini qazanıb və onlar onu daima xoş sözlərlə yad ediblər.
Allah rəhmət eləsin!

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025