Cəmiyyət (18-02-2020, 18:37)
“Norm” Ustalar Klubu 2019-cu ilin Milli KSM layihəsi mükafatına layiq görüldü
Yanvarın 24-də “Norm” şirkətinin “Norm Ustalar Klubu” layihəsi ilə qatıldığı 2019 Milli KSM müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.
Müsabiqənin komissiya heyətini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası, ASAN Xidmət, CSR Europe, CSR Turkey, CSR Azerbaijan, həmçinin, PROAKTIV PR Agentliyindən məsul şəxslər təşkil edib.
Müsabiqə KSM-in ölkəmizdə inkişafı üzrə dövlət siyasətinin, o cümlədən, Heydər Əliyev fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq təşkil olunub. Müsabiqədə “Norm”un həyata keçirdiyi “Ustalar Klubu” layihəsi BMT-nin 12-ci dayanıqlı inkişaf istiqaməti olan “Məsuliyyətli istehlak və istehsal” istiqaməti üzrə 2019 Milli KSM mükafatına layiq görülüb.
“Norm” Ustalar Klubu layihəsi artıq 2016-cı ildən etibarən Norm şirkətinin rəhbərliyi və beynəlxalq araşdırma şirkəti olan Business Insight International Research Group-un koordinatorluğu vasitəsilə həyata keçirilir. Layihənin əldə etdiyi uğurlar peşəkar, innovativ və yüksək ixtisaslı mütəxəssislərin birgə əməyinin nəticəsidir.
Ölkədə həyata keçirilən ən irihəcmli və sosialyönümlü layihələrdən olan “Norm” Ustalar Klubunun faydaları sadəcə ustalara deyil, həmçinin, son müştəriyə, yəni ümumilikdə cəmiyyətə hesablanıb.
Məlumdur ki, “Norm” Sement tərəfindən mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimlərdə sement və beton sahəsində xüsusi nəzəri və praktiki biliklərə yiyələnmiş, sertifikasiya imtahanlarından yüksək bal toplamış ustalar daha səmərəli fəaliyyət göstərir və işlərində daha faydalı olurlar. Fərqlənən ustalar il ərzində xüsusi bonuslardan, pulsuz danışıq dəqiqələrindən və dəyərli hədiyyələrdən yararlana bilirlər.
“Norm” şirkətinin peşəkar komandasının dəstəyi ilə təşkil olunan təlimlərdə inşaat ustalarının sadəcə peşə və bacarıqlarının artırılmasına deyil, həmçinin, maliyyə savadlılığının, tibbi məlumatlılığın artırılması, müştəri münasibətlərinin təkmilləşdirilməsi məsələlərinə üstünlük verir.
Belə təlimlərin keçirilməsi ustaların hərtərəfli inkişafına, son müştərinin isə yüksək səviyyəli xidmət əldə etməsinə gətirib çıxarır.
Müştəri yönümlü fəaliyyəti ilə qabaqcıl sıralarda yer alan “Norm” Sementin bundan sonra da ustalara dəstək və qayğısı davam edəcək. Daim öz sosial öhdəliklərinin fərqində olan, cəmiyyətə yararlı və müxtəlif yaş qruplarını əhatə edən sosial layihələr həyata keçirən “Norm” Sement bu ənənəsini 2020-ci ildə də davam etdirməyi planlaşdırır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024