Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-08-2019, 16:05)
Ayranı bir aydan çox saxlamaq olar? - Alıcıların nəzərinə

Ötən gün mağazalardan birində “Dadlı” firmasının istehsalı olan ayran məhsulunun üzərində saxlanma müddətinin bir aydan çox göstərilməsi alıcıları narahat edib.
Ümumiyyətlə, ayranların istifadə müddəti nə qədər olmalıdır? Məhsul bir aydan çox saxlanılarsa, sağlamlığa ziyan vura bilərmi?
Qida məhsulları üzrə ekspert Elsevər Fərziyev Oxu.Az-a açıqlamasında bildirib ki, ayranların tərkibində konservativ maddələrin miqdarı eyni dərəcədə olmadığından və qablaşdırmaları fərqli olduğundan bu barədə dəqiq fikir söyləmək çətindir:

“Ola bilər ki, həmin məhsulun tərkibində konservativ maddələr çox olduğundan istifadə müddəti də uzun olur. Önəmli şərtlərdən biri məhsulun saxlanma şəraitidir. Çünki saxlanma şəraiti düzgün olmadıqda, istifadə müddətinin nə qədər olmasının əhəmiyyəti qalmır. Məhsul 85 faiz nisbi nəmlik şəraitində, 0-5 dərəcə temperatur arasında qorunmalıdır. Bu halda məhsulu hətta 2-5 aya qədər də saxlamaq olar. Elə məhsullar var ki, düzgün şəraitə riayət edilməklə 18 aya qədər də saxlanıla bilir”.
E.Fərziyev əlavə edib ki, konservativ maddələr E qrup qida əlavələri hesab olunur. Onlar məhsulların dadı, rəngi və keyfiyyətinin qorunmasına xidmət edir:
“Bu maddələrin insan orqanizminə düşmə miqdarı çox cüzi qiymətlərlə ölçülür deyə, heç bir ziyanı yoxdur. Amma təbii ki, xüsusi normativlər var. Əgər məhsulun tərkibinə normadan artıq konservativ maddələr qatılarsa, bu, mənfi təsir göstərə bilər”.
Ekspert onu da deyib ki, ümumilikdə süd məhsulları tez xarab olan məhsullar qrupuna aiddir:
“Süd məhsulları qablaşdırılması açıldıqdan sonra bir neçə saat ərzində xarab ola bilər. Ona görə də soyuducuda saxlanılmalı və qısa müddətdə istehlak edilməlidir. Çünki qısa zamanda məhsulun tərkibində gedən fermentativ dəyişkənlik nəticəsində onun keyfiyyəti itir. Bu səbəbdən də qida məhsulları daşıyan maşınların içərisində xüsusi avadanlıq olur ki, bu məhsullar mağazalara çatdırılana qədər normal temperaturda saxlanılsın.
Məhsulun daşındığı maşının içərisindəki temperatur havanın temperaturuna uyğun tənzimlənməlidir. Əgər bayırda 40 dərəcə isti varsa, maşınların içərisində temperatur göstəricisi 5 dərəcədən çox olmamalıdır. Bununla yanaşı, istehlakçılar özləri də aldıqları məhsulun istifadə müddətinə baxmalıdır. Əgər istifadə müddətinin bitməsinə az qalıbsa, onu almağa dəyməz”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida məhsulları üzrə mütəxəssisi Ramazan Nəbiyev isə Oxu.Az-a bildirib ki, bu məsələdə bir çox faktorlar önəm daşıyır:
“Qablaşdırma da, tərkibində istifadə edilən konservantlar da məhsula təsir edir. Əvvəlcə məhsulun tərkibinə konservantın əlavə edilib-edilməməsi, ayranın içərisindəki duzun təbii olub-olmadığı öyrənilməlidir. Bundan başqa, qablaşdırma texnologiyasının qapalı sistemdə aparılıb-aparılmadığı yoxlanmalıdır. Bu baxımdan əgər hər hansı bir istehsalçı məhsulunun akkreditasiya olunmuş laboratoriyada yararlılığını sübut edə bilirsə, o zaman heç bir problem olmur.
İstehlakçılar məhsul alarkən üzərindəki etiket məlumatları ilə tanış olmalıdırlar. Saxlanma şəraiti 4-6 dərəcə temperaturda, soyuq şəraitdə soyuducuda saxlanılmalıdır. Bu qrupdan olan məhsulların ağzı açıldıqdan sonra yenə soyuducuda mühafizə edilməlidir və bir-iki gün ərzində istehlak olunmalıdır”.
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024