Cəmiyyət (17-07-2019, 19:29)
“Dövlətimizi aşağılamağa çalışanların milli qüruru yoxdur”

Mediatv.az Missiya.Az-a istinadən xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov iyulun 14-də Azərbaycan-Gürcüstan sərhəddində baş vermiş insidentə münasibət bildirərkən deyib.
Ramin Əhmədov daxildəki satqınların təxribatçı qüvvələrə dəstək ifadə etməsindən təəssüfləndiyini deyib: “Bu, milli birlik məsələsidir. Belə məsələlərdə bir olmaq, dövlətimizin verdiyi qərarlara hörmətlə yanaşmaq, heç bir təxribata uymamaq lazımdır. Amma Azərbaycandakı milli hissi olmayan bir qrup satqın təxribatlara dəstək verir, dövlətimizi aşağılamağa çalışır. Onlar bu dəfə gürcü təxribatçılarının mövqeyindən çıxış etdilər. Təəssüf doğuran hal həm də odur ki, əsgərimizi, sərhədçimizi gözdən salmağa cəhd göstərilir. Milli qüruru, şəxsiyyəti, vətənpərvərlik hissi olan adam öz əsgərinə dil uzatmaz. Amma mənəviyyatsızlar sərhəddəki insidenti də fürsət bilib, Azərbaycan əsgərinə çirkab yaxırlar. Belə müxalifətçilik olar?”
Ramin Əhmədovun sözlərinə görə, daxildə daim siyasi gündəmi gərgin saxlamağa cəhd edən, hər fürsətdə Azərbaycanı qaralayan, hər xırda məsələyə görə əhalini küçələrə səsləyən şəxlərin fəaliyyəti dərindən araşdırılmalıdır: “Ard-arda səsləndirilən təxribatçı çağırışlar həmin şəxslərin xarici xüsusi xidmət orqanlarının maşası olduğunu açıq-aşkar ortaya qoyur. Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq isə Azərbaycan qanunvericiliyinə görə cinayətdir, vətənə xəyanətdir! Vətənə xəyanətin isə cəzası ağır olur”.
Azərbaycan xalqının belə həssas məqamlarda dövlətinin, Prezidentinin yanında olduğunu deyən Ramin Əhmədov bildirib ki, bu birliyi heç bir güc sarsıda bilməyəcək: “Xalq öz siyasi liderinə inanır və onun verdiyi qərarları dəstəkləyir. Xalqımız xarici təsirlər altında olan bəzi siyasi qruplara belə həssas məqamlardan yararlanmağa imkan vermir. Vətəndaşlarıımız regionda hansı oyunların aparıldığını yaxşı başa düşürlər. Böyük ölkələrin gözü bu regiondadır. Öz maraqlarını təmin etmək məqsədilə yeni münaqişə ocaqları yaratmağa, xalqları bir-birinə qarşı qoymağa çalışırlar. Amma onların bütün cəhdləri boşa çıxacaq”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025