Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-07-2019, 18:24)
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Göyçayda, sədr müavini isə Ucarda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən vətəndaşların müraciətlərini fərdi qaydada dinləmək, təkliflərini nəzərə almaq, problemlərini operativ formada həll etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Göyçay və Ucar rayonlarında vətəndaş qəbulu keçirib. Komitə sədri Kərəm Həsənov 13 iyul tarixində Göyçay rayonunun Heydər Əliyev Mərkəzində, sədr müavini Rüstəm Şahbazov isə Ucar rayonunda vətəndaşlarla görüşüb.
Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçən qəbulda Kərəm Həsənov tərəfindən bütün müraciətlər diqqətlə dinlənildi. Əksər məsələlər elə qəbuldaca öz müsbət həllini tapdı. Digər müraciətlər nəzarətə götürüldü və qısa zamanda, qanunvericiliyə uyğun şəkildə həll olunması ilə bağlı Komitə sədri tərəfindən göstərişlər verildi. Səsləndirilən bir neçə müraciətin komitənin fəaliyyət istiqamətinə aid olmaması vətəndaşlara izah olundu və digər qurumlara göndərilməsi üçün qeydiyyata alındı.
Komitə rəhbərliyinə ünvanlanan müraciətlərin mövzuları əsasən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlaklarının özəlləşdirilməsi, torpaqlardan faktiki istifadə qaydaları ilə bağlı olub. Eyni zamanda torpaqların kadastr uçotuna alınması, ölçülərinin müəyyən olunması, hərraclarda iştirak kimi məsələlərə aid müraciətlər də səsləndirilib.
Torpaqların təyinatına uyğun istifadəsindən danışan komitə sədri bildirdi ki, bu istiqamətdə qanunvericiliyə riayət olunması ilə bağlı tədbirlər gücləndirilib. Paytaxt və regionlarda monitorinqlər aparılır və mənfi halların aradan qaldırılması sahəsində işlər görülür.
Qəbuldan sonra keçirilən iclasda komitə sədri qeyd etdi ki, vətəndaşlara hər bir struktur bölmədə yüksək səviyyəli xidmət göstərilməli, komitə əməkdaşları tərəfindən bütün müraciətlərə qayğı və həssaslıqla yanaşılmalıdır. Fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluq, əlçatanlıq və çevikliyin təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
Sədr müavini Rüstəm Şahbazov tərəfindən keçirilən vətəndaş qəbulunda da bütün müraciətlər diqqətlə dinlənildi. Qəbul iştirakçılarının müraciətlərinin operativ və qanunauyğun şəkildə həlli ilə bağlı tapşırıqlar verildi. Qeyd edək ki, komitə sədrinin müavini Rafiq Cəlilov tərəfindən vətəndaş qəbulu 27 iyul tarixində Zərdab rayonunda keçiriləcək.
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024